AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hantavirus vaksininin hazırlanması bir neçə il çəkə bilər

  • + A
  • - A
  • Bu gün, 08:54

    Hantavirus vaksininin hazırlanması bir neçə il çəkə bilər

    Hantavirusa qarşı vaksinin hazırlanması, bütün standartlara əməl olunarsa və lazımi sınaqlardan keçərsə, bir neçə il vaxt apara bilər.
    Mütəxəssislər bildirib ki, vaksini “koronavirus dövründə olduğu kimi” hazırlamaq mümkündür.
    Lakin dərman preparatlarının qeydiyyatı üçün bütün standart prosedurlara əməl edilərsə, əvvəlcə preklinik, daha sonra isə üç mərhələli klinik sınaqlar aparılmalıdır. Buna görə də qeydiyyat prosesi bir neçə il çəkəcək. Əvvəlcə vaksinin hansı hantavirus ştammına qarşı hazırlanacağını müəyyənləşdirmək vacibdir. Çünki hazırda hantavirusun 40-dan çox növü məlumdur.

    Mayın əvvəlində MV Hondius kruiz gəmisində hantavirus yayılması qeydə alınıb. Gəmi Argentinadan Atlantik okeanı vasitəsilə Kabo-Verdeyə doğru hərəkət edirdi.
    Hazırda virusun aşkar olunmasından əvvəl gəmidən enən sərnişinlər dörd qitədə axtarılır. Məlumata görə, gəmidə ən azı səkkiz nəfər virusa yoluxub. Dörd qitənin səhiyyə qurumları sərnişinlərin izinə düşüb, World Health Organization isə yeni yoluxma hallarının mümkünlüyü barədə xəbərdarlıq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR