Zaur Əliyev, dosent
Azərbaycanın sirrləri Bu gün Skiflər (işquz, iç oğuz) adlandıran xalq Mannadan şimaldakı Azərbaycan torpaqlarında və Şimali Azərbaycanın müəyyən hissəsində qüdrətli Skif şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmiş, dövlətçilik tariximizə öz töhfələrini vermişlər. İlk dəfə Azərbaycan ərazisində hər iki hissəni birləşdirən dövlət meydana gəlmişdir. Tarixçilərin verdiyi məlumatlara əsasən Skif çarlığı Zaqafqaziyadan və İrandan ta Kappadokiyayadək çox böyük bir ərazini əhatə edən böyük dövlətə çevrilmişdi. Bu ölkənin Qədim Yunanıstan ilə sıx əlaqələri var idi, hətta Afinada skiflərin yaşadıqlarını və burada icmalarının olmasını qeyd edirlər.
Qədim Yunanıstanın yazıçılarından biri olan Samsatlı Lukianın əsərlərinin birində Qafqazdan gəlib burada tibb sahəsində ad san qazanan Skif Toksaris barədə geniş məlumat verilir və onu “yadelli xilaskar həkim” adlandırır. Afinada vəba xəstəliyi yayılanda məhz Toksaris yunanları bu bəladan xilas etmişdir.
Toksaris kimdir və hardan Afinaya gəlib?
Əsl adı mənbələrdə , TARGITAY kimi yazılan Toksarisin etnik mənsubiyyəti barədə müxtəlif fikirlər var, ruslar onu slvayan, gürcülər isə onu alan adlandırlar. Hətta onun Kabardin-Balkar olması da iddia olunur. Türk tədqiqatçısı Karatay Osman , alman tədqiqatçısı Vilyam Henrix Roşer, Türk araşdırmaçı İnan Abdülkadir və digərləri onun türk olaraq adlandırlar. Düzü onun milliyətinin hansı olması barədə dəqiq məlumat yoxdur. Bu barədə mübahisə etməyəcəm, amma onun Azərbaycan ərazisindən getməsi şübhəsizdir. Bunu isbat etməyə çalışaq, Qədim yunan müəllifi Lukianın məlumatına görə, uzun saç saxlayan Toksaris "hörüklülər xalqı"-olaraq özünü adlandırdı. "Alban tarixi" əsərində xəzərlər və digər türk qəbilələri onların kişilərinə də xas olan əlamətə görə "hörüklülər xalqı" adlandırılmışlar Bütün bu məlumatlar Qarabağdan və Azərbaycanın digər yerlərindən tapılmış uzun saçlı kişi heykəllərin tapılmasında da özünü göstərir.
Yunan müəllifi Lukianın daha bir yazısına görə Toksaris dəniz sahilində olan dövlətdən bura gəldiyini qeyd edir və onların xalqının ölülərin ruhuna qurban kəsdiklərin qeyd edir. Atəşin və odun çox olduğu yerdə yaşayan xalqının Toksaris dənizdə suyun yanmasından bəhs edib. Qeyd edim ki, Azərbaycanın çox yerində tapılan qəbir küplərinin əsasən ağız hissəsinə yaxın yerdə təsadüf edilən od izlərindən məlum olur ki, dəfn zamanı burada tonqal qalamışlar. Güman edildiyinə görə bunda məqsəd qəbri şər qüvvələrdən təmizləmək, üçün qurban verilib. Dənizdə suyun yanması isə Xəzər dənizində o dövrdən suyun alovalnaması barədə çox mənbədə məlumat var.
Yunan müəllifi Lukian yazır ki, Toksaris çox zaman geniş və uzun qollu köynək və büzməli geniş şalvar və iki qolu olan iti və uzun başlıq geyinirdilər. Bu başlıq son zamanlara qədər Azərbaycan kəndlərində də geyilməkdə idi. Lukianın yazdığına görə Toksaris qeyd edib ki. onun xalqının igidləri kəsilmiş öküz dərisi üzərində andiçmə törəni keçirirlər. Burada həm də söylənir ki, onun xalqı dostluğu hər şeydən üstün tutur. Xürrəmi dövlətinin başçısı Babək də rəhbər seçilərkən qədim ənələrə uyğun olaraq ona qoşulan döyüşçülər təkrar edirlər, onlar da kəsilmiş öküz dərisi üzərində and içirdilər.
Bu deyilənlər onu göstərir ki, əsl adı TARGİTAY olan, Afinaya gələndən sonra Toksaris kimi tanınan yunanların xilaskar həkimi Bakı yaxud Bakı yaxınlığından, Xəzər dənizinə yaxın olan bir yerdə anadan olub, sonradan Yunanıstana köçüb.