AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çernobıl faciəsi haqqında 5 ən böyük mif

  • + A
  • - A
  • 6-05-2021, 09:22


    1986-cı ildə baş vermis Çernobıl nüvə qəzasının yaratdığı şok və narahatlıq müxtəlif miflərin yaranmasına səbəb olub.
    Qəza 26 apreldə baş versə də, qəza baş verməsi 6 mayda dünyaya elan olunub.

    Bəşər tarixində insan tərəfindən törədilmiş ən pis qəza ukraynalılarda qorxulu mutant heyvanların yaşadığı böyük biyabanlıq, insanların yalnız böyük miqdarda alkoqollu içkilər istehlak etməsi hesabına sağ qala bilməsi, qadağan zonasının yüksək radiasiyaya görə yox, hansısa gizli psixotrop silah mərkəzi üçün qoyulduğu barədə təsəvvürlər yaradıb.

    Nüvə stansiyası ətrafında radiasiyaya məruz qalmış sahənin son 30 ildə elmi şəkildə araşdırılması bir çox ən geniş yayılmış miflərin dağılmasına kömək edib.

    1-ci mif: Qadağan zonasındakı radiasiya heyvanlarda mutasiyaya səbəb olaraq heyrətamiz şəkildə güclü və öldürücü qüdrətə malik əcinnələr yaradıb. Bu heyvanlardan çoxunun ya ayaqlarından biri, ya başı, ya da quyruğu yoxdur və sair.

    Alimlər buna bənzər heç nə tapa bilməyiblər. Sonsuz sayda quş və heyvan 26 aprel patlayışlarının dərhal ardınca qırılıb. Davamlı radiasiyanın yalnız bəzi əlamətləri nəzərə çarpır. Yüksək radiasiya olan yerlərdə cırtdan ağaclar buna misal ola bilər. Bir də yüksək dərəcədə cesium-137 ilə şüalanmış heyvanlar qeydə alınıb.

    2-ci mif: Radiasiya heç əvvəldən təhlükəli olmayıb, çünki bu ərazidə çox sayda canavar, ceyran, porsuq, qaban və sair heyvanlar yaşayır.

    Araşdırmalar göstərir ki, bu ərazidə əlbəttə vəhşi təbiət guşəsi yaranıb. Lakin burada çox sayda heyvanın yaşaması onların insan tərəfindən narahat edilməməsi ilə bağlıdır. İnsan məskunlaşması, ovçuluq, əkinçilik və meşəçilik bəzən radiasiyadan daha böyük ziyan vurur.

    3-cü mif: Radiasiyanın zəhərli təsirini araq, şərab və ya böyük həcmlərdə pivə içməklə azaltmaq mümkündür.

    Sərt spirtli içkilərin qoruyucu effektə malik olması barədə elmi dəlillər yoxdur. Bununla belə, alimlər aşkar ediblər ki, qırmızı çaxırın tərkibində olan təbii antioksidant – resveratrol, hüceyrələri radiasiyanın vurduğu zərərdən qoruya bilir.

    4-cü mif: Radiasiyanın insanlara qorxulu təsiri olmayıb. 30 kilometrlik radiusu olan qadağan zonası tezliklə açılacaq, burada təbiət qoruğu yaradılacaq və yaşıl turizm gəlhagəli yaşanacaq.

    Ötən il Ukrayna hökuməti qadağan zonasının 10 kilometrədək “daraldılması” məsələsinə baxıb. Lakin müxtəlif səbəblərə görə bundan bir şey çıxmayıb. Alimlər deyirlər ki, 30 kilometrlik radiasiya qurşağında şüalanma hələ də güclüdür və buna görə də bu ərazi insanlar üçün 20 min il müddətində təhlükəli olacaq.

    5-ci mif: Çernobıl stansiyasının ətrafındakı qadağan zonası radiasiyanın yayılmasının qarşısının alınması üçün yox, yüksək məxfilikli psixotrop silah mərkəzinin gizlədilməsi məqsədilə yaradılıb. Onun üzərindəki radarı hələ də görmək mümkündür.

    Burada, nüvə stansiyasının yaxınlığında, həqiqətən də sovet dövründə Duga-1 ballistik raketlərdən müdafiə erkən xəbərdarlıq qurğusu olub. Bu qurğu 2500 kilometrlik məsafədən atılan ballistik raketlərin aşkarlanmasına imkan verirdi. Lakin aprelin 26-da baş vermiş nüvə qəzasından sonra Sovet hökuməti qurğunun dağıdılmasına sərəncam vermişdi. (BBC-də gedən materialdan istifadə olunub)
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR