AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin NƏZƏRİNƏ

  • + A
  • - A
  • Bu gün, 17:17

    Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin NƏZƏRİNƏ

    Məlum olduğu kimi, Microsoft şirkəti tərəfindən “Windows 10” əməliyyat sisteminin rəsmi dəstəyi 14 oktyabr 2025-ci ildə başa çatır. Bu səbəbdən informatika üzrə dövlət qulluğuna qəbul imtahanı proqramından “Windows 10” əməliyyat sistemi ilə bağlı mövzular çıxarılıb və əməliyyat sisteminin “Windows 11” versiyası ilə bağlı mövzular əlavə edilib.

    Bu barədə DİM məlumat yayıb.

    Bildirilib ki, mövzular və ədəbiyyat siyahısı ilə buradan tanış ola bilərsiniz.

    Qeyd edək ki, proqramda aparılmış bu dəyişiklikdən sonra ilk dəfə 16 oktyabr 2025-ci il tarixində keçiriləcək dövlət qulluğu imtahanında “Windows 11” əməliyyat sistemində “Windows 10”la eyni olanlar haqqında tapşırıqlar yer alacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR