Yerə bənzəyən 7 planet kəşf edildi — Elm dünyasında yenilik
TRAPPIST-1” ulduzunda Yerə bənzəyən 7 planet kəşf edilib.
“Ölkə.Az” xəbər verir ki, bütün planetlər atmosferlə örtülüdür və su ehtiyatları var.
“TRAPPIST-1” ulduzu Dolça bürcündə yerləşir və bizdən 39 işıq ili uzaqdadır. Bu qırmızı ulduz Günəşlə müqayisədə soyuq və kiçikdir. 2016-cı ildə astronomlar onun ətrafında fırlanan 3 planet kəşf ediblər. Bir il sonra daha 4 planet kəşf edilib. Onların hər biri Yer böyüklükdədir.
Planetlərin atmosferi hidrogenlə zəngindir. Bu səma cisimləri daşdan olsalar da, üçdə bir hissələri sudan ibarətdir. Buzun qaz və ya okean olduğu məlum deyil.
Ulduza yaxın ulduzlar isə o qədər qaynar və istidilər ki, maye su bu səma cisimlərində qalmaz. “TRAPPİST-1h” ulduzu isə çox soyuqdur.
Alimlər üçün əsas üç planet maraqlıdır. “TRAPPİST-1e” ulduzu daşdan ibarətdir və uçan komponentlər və su yoxdur. Digər qonşuları ilə müqayisədə bu quru planet Merkuri planetini xatırladır.