AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

  • + A
  • - A
  • Dünən, 17:24

     

    Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq


    Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər Bakıda bəzi ünvanlarda yol təmir işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaq.

    Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar:

    - Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək);

    - Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək);

    - Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək).

    Hərəkətin tam məhdudlaşdırılacağı yollar:

    -Binəqədi rayonu, Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor tunelinə qədər);

    -Xətai rayonu, Babək prospektinin yan yolu və dairədə (maşın bazarının qarşısı);

    -Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani küçəsinədək olan hissəsi).

    Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinə qədər) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə bağlı olaraq sözügedən ərazilərdə sabah saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

    "Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə alasınız", - deyə agentlik bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR