AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şahənşah - Poema

  • + A
  • - A
  • 15-02-2021, 21:14


    Firdovsi Sarvanlı,
    "Qızıl Qələm" mükafatı laureatı


    ŞAHƏNŞAH
    Şah İsmayıl Xətainin məzarı önündə düşüncələr

    Dövlət daxilində sərhəd,
    Dəhşətdi, vallahi, dəhşət.
    Bir xalqı zülümlə Bir-birindən ayıran,
    Zorla əti dırnaqdan,
    Gözü qaşdan ayıran,
    Canı candan ayıran,
    Min lənət olsun,
    Rus-fars ittifaqına!
    Susayıblar elə bil,
    Türkün qızıl qanına.
    Doğma torpağıma
    Azad keçə bilmirəm,
    Bu dərdi ürəyimdə
    Necə daşıyım?
    Necə? Bilmirəm.
    Azərbaycandan,
    Cənubi Azərbaycana
    Biləsuvardan, Biləsuvara
    Muğanımdan, Muğanıma
    Nə keçid məntəqəsi?!
    Gülür farsın əsgəri
    Sərhəd keşikçisi
    Şaqraqdı qəhqəhəsi.
    Otuz milyon candaşım,
    Doğma əziz qaradaşım,
    Azadlığın peşində!
    Zaman gələr görərik
    Farsın iyli leşin də!
    Hanı, dünyanın,
    BMT-nın haqqı bəs?
    Bütövləşək deyəndə:
    kəs səsini,
    Dinmə, kəs!
    Xiyabani, Səttarxan

    Bil, yenidən doğulacaq!
    Pişəvəri dövləti lap
    Yaxında qurulacaq!
    Kəsilməyir məşrutənin
    “Traktor”un əzəmətli
    Gur səsi.
    Bu, haykırtı, çağırış,
    Azadlıq, istiqlal təntənəsi!
    Açın qulaqlarınızı
    Azərbaycan bir olacaq!
    Tarixin səhifəsində
    Yaşayacaq, qalacaq!
    Siyasi xəritəmiz
    Yenilənib, dəyişəcək.
    O tay, bu tay birləşib
    Qardaş, bacı görüşəcək!
    Vahid Azərbaycanım,
    Şərəfim, şöhrətim,
    Şanım
    Cahan türkün olacaq.
    Sərhədləri aç, görək!
    Türk imperiyası da
    Turanda qurulsun gərək!
    Ey şah babam!
    Şah babam,
    Şah damarım,
    Ürəyim.
    Torpağım,
    Vətənim, duzum,
    Çörəyim.
    Hüzurunda əsgərin tək
    Dayanmışam.
    Odlanıram, alovluyam,
    İçin-için yanıram.
    Xəbərin varmı, babam,
    Nələr gəlib başımıza?
    Səfəvini məhv eləyib,
    Zəhər atıb aşımıza.
    Sultan Səlim,
    Şah İsmayıl!
    İki cahan sərkərdəsi!
    Sultan Səlim Osmanlının,
    Şah İsmayıl,
    Şah Səfiəddin səcərəsi,
    Ər nəvəsi!
    Kimdi qalib?
    Kimdi məğlub, bu döyüşdə?
    Türk, türkün düşmənimi?
    Qalib daim döyüşdə!
    Sonuc nədir?
    Heç fərqinə vardınız?
    Türk yurduna paz vurub
    Kötük kimi yardınız.
    Dövlət dilin qorumadıq
    Zaman-zaman,
    Torpaqları pay vermişik,
    Vuruşmadan, utanmadan.
    Hanı bəs, gözdən
    İraq İraqımız?
    Sönüb bu gün
    Kərküklərdə Ocağımız, çırağımız.
    Ey, Şah babam, əlim Çatmır Ərzuruma.
    Bir zamanlar qan uddurdun
    Həm yunana, həm də ruma.
    Yoxdu bu gün İki milyon kilometrlik
    Böyük torpaq?!
    Cılızlaşdı “qızılbaşlar
    Aciz, əfəl, hamısı qorxaq!
    Sən bilsən ki,
    Səfəvini Məmləkəti,
    Dilim-dilim parçaladı,
    Düşmənimiz,
    Xain əllə məhv edilib
    Neçə-neçə igidimiz,
    Sərkərdəmiz.
    Şahənşahım, doğma İki qardaş
    Torpağında hiylə ilə bənd Vurdular,
    Ermənini millət edib
    Türkə tələ qurdular.
    Qafqazlarda at oynadır
    Cılız millət, nökərimiz ermənilər.
    İrəvanı, Zəngəzuru, Göyçə Gölün
    Sevan edib Vermədilər.
    Şahənşahım, Azərbaycan
    Dörd cəhətin hər yerində
    Həm Şimali, həm cənubi,
    Həm qərbi, Şərqi - cənnətməkan.
    Bəs, soruşan varmı
    Görən, niyə Güney,
    Quzeyliyik?
    Parçalanmış məmləkətçün Kədərliyik,
    Gileyliyik?
    Nədən, görən düşmənimiz
    Çoxdu, babam?
    Türkü sevən, əzizləyən
    Bu dünyada yoxdu, babam?
    Taladılar, yer altında
    Yer üstündə hər nə varsa,
    Apardılar Uzaqlara
    Öz əlimizlə pay veririk
    Qəsbkara, muzdurlara “yazıqlara.
    Amerikan, ingilis, rus, erməni...
    Bunlar ta doğuşdan
    Türkün qatı Düşməni!
    Niyə bizim yaddaşımız korşalıbdır?
    İri ala gözlərimiz görmür Yeri
    Korlaşıbdır?
    Niyə yatdıq, torpağımız
    Dilim-dilim
    Paylananda?
    Üzə durur düşmənimiz
    Naz eyləyir
    Pay alan da.
    Unuduruq.
    Unutqanıq.
    Keçmişləri, tarixmizi
    Öyrənmirik?
    Beynəlmiləl, humanistik,
    Tolerantıq...
    Bu sözlərdən, iyrənmirik.
    Millətləri saxlayırıq, qoruyuruq
    Gözümüz tək.
    Sönən ocaq yandırırıq,
    Od oğlu tək,
    Közümüz tək.
    Şahənşahım, niyə belə
    Sadəlövhük?
    Öz-özmüzü zay eyləyən, bəyənməyən
    Ərköyünük?
    İnanırıq hər bir sözə:
    “həqiqətə”, “ədalətə”
    Ağ yalana!
    İnanırıq, dünən bizi
    Xəlvət çalan boz ilana.
    Ey Şah babam, sən bilsən ki...
    Didərgindi Azərbaycan övladları
    Türklərimiz.
    Bağışladıq Qarabağı
    Tərpənmədi, təpərimiz,
    Tüklərimiz.
    Qarabağda yurd salıbdır
    Rus-fars çörəyini, iştah ilə
    Gəmirənlər!

    ABŞ, ATƏT,
    Avropaya “ədalətə” güvənənlər.
    Arxasında rus dayanıb
    Xristiyan törəməsi.
    Xankəndində eşidilmir, nə vaxtdandı
    “Qarabağın şikəstəsi”.
    Şahənşahım, hüzurunda Utanıram.
    Sən, bağışla bəndələri...
    "Mən”, "mən” deyən sapı bizdən olan
    Baltaları, rəndələri.
    Şahənşahım, elə bil ki,
    Bütövləşmək dərsini
    Bizə keçməyiblər.
    Bir olmağın şirin-şəkər
    Şərbətini ömür boyu İçməyiblər.
    Əsrlərdi türkləşirik:
    Turan olduq.
    Hanı birlik?
    Oğuz türkü olmamızı
    İsbatlaya bilməyirik!
    Bilməliyik: türkün dostu
    Türk olubdur ta Qədimdən,
    Qürur duydum, içimdəki
    Öz səsimdən.
    Çaldıranda, Şahənşahı,
    Məğlub edən türk
    Deyilmi?
    Sultan Səlim Osmanlıdır
    Türk oğlu, türk Deyilmi?
    Türk qanından, türkün
    Gözü doymadımı?
    İki türkü, şər ingilis
    Üzbəüzə qoymadımı?
    Şahənşahım, düşmənimiz
    Torpaq alıb, lovğalanır,
    Harındılar,
    Yad çörəyi yeyə-yeyə,
    Zırpılaşıb, yekə, iri
    Qarındılar.
    Sərhədimiz hey daralır
    Gəlib çatıb Xan Araza.
    Torpaqları xəndək etdik, səngər etdik
    Qaza-qaza.
    Əlim çatmır
    Nə Təbrizə, nə Mərəndə, nə Dərbəndə,
    Nə Xoya da.
    Həsrət qaldıq deyək, gülək
    O taya da, bu taya da.

    Hanı Təbriz, Şirvan,
    Gəncə Çuxursəd bəylərbəyliyi?
    Tək adları qalıb, Şahım,
    Ağıl qəbul eyləməyir
    Cahilliyi, sərsəmliyi.
    Kimə deyək, inandıraq
    Qəndəhar, Herat,
    Kars Səfəvi torpağıdır?
    İrəvan, Borçalı, Dərbənd
    Ərdəbil, Kərkük, yalnız
    Göz dağıdır.
    Bu nə gündü, düşmüşük biz?
    Bəlkə budur qismətimiz?
    Hanı Qızılbaş dövlətimiz,
    Qürurumuz,
    Şərəfimiz,
    Qüdrətimiz?
    Əqli, hissi, huşu olmayanın
    Əlindədir sərvətimiz,
    Dövlətimiz.
    Zülüm çəkir millətimiz
    Əl yazımız, xalçamız da
    İngilisin muzeyində?!
    Heyrətə bax!
    Xəzinəni təhvil verən,
    Nişan verən, milli ruha Qeyrətə bax.
    Yurdum talan oldu, gəl,
    Sinəm qəmlə doldu, gəl,
    Anam, bacım girovdur
    Dörd tərəfi yoldu, gəl.
    Hey bayatı, şikəstə söyləyirik
    Ağ atlı oğlanımı gözləyirik?
    Torpağımız, qeyrətimiz tapdaqda
    Şahənşahım, biz niyə ölməyirik?
    Harda qaldı,
    Babəkimin qeyrəti?
    Vətən üçün, şirin candan keçənlər?
    Neçə ərən içdi ölüm şərbəti
    Düşmənləri yalın əllə biçənlər.
    Şahənşahım, dərdim yaman çoxalıb
    Hamı deyir:
    -Ayılın siz, durun siz.
    Nə çox yatdız yadelli kölgəsində?
    Yuxularda, düşmənləri
    Qırın siz.
    Sual çoxdu, cavabın
    Kim söyləyəcək?
    Nə çətinmiş ayılmaq
    Bizi kim silkələyəcək?
    Bütöv Azərbaycan qurub

    Deyək ki, biz ayıldıq,
    Varmı sərkərdəmiz,
    Bizi qalib edəcək?!
    Biz oğuz türkləriyik
    Turan eli Vətənimiz.
    Qızılbaş olmalıdır, döyüşən mərd
    Əsgərimiz.
    Həm şiəsi, sünnisi
    Birləşib bir olmalı
    Dağ çayları tək axıb
    Bir nəhrə dolmalı
    Azadlıq verilməyir
    Alınır bilməliyik
    Üzü Təbriz tərəfə
    Araz keçib, ölməliyik.
    Hər birimiz mərd qazi!
    Şəhid olub
    Azad torpağımızda
    Dən kimi
    Bitməliyik.
    Otuz səkkiz yaşında
    Dünyadan köç edənim,
    Mərd kimi, igid təki
    Ömür sürüb gedənim.
    Səfəvi dövlətində
    Azərbaycan dilini
    Dövlət dili edənim.
    Yetmiş iki əmirdən
    Altmışı
    Azərbaycan türkü idi.
    Avropada xain, xəbis düşmənimiz
    Qorxudaydı, hürküdəydi.
    “Xətai” təxəllüsü ilə
    Şeir yazan ozanım
    “Dəhnamə” əsəriylə ad-san
    Şərəf, qazananım.
    Ərdəbilə Şəkidən
    Qayıdanda
    Həyata göz yumanım.
    Gül-çiçək fəslində
    Kəhkəşanda qalanım.
    Doğulacaq çox yəqin
    Qurd oğlu, qurd Nəsillər
    Dəyişəcək sərhədlər,
    Dəyişəcək tarixlər...
    Bax, o zaman, ruhunu
    Şad eylərik
    Onu abad eylərik.
    Şahənşahım, cahan
    Türkün olacaq.

    İslam bayrağı altda
    Türklər zəfər çalacaq.
    Unutmuruq tarixi!
    Türk oğlu türklərik biz
    Bütöv Azərbaycanı İnamla bəklərik biz!
    Ərdəbil-Salyan
    2013-2014


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR