AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti: “12 yaşımda bildim ki, anam kimdir”

  • + A
  • - A
  • 14-03-2021, 22:00

    Xalq artisti: “12 yaşımda bildim ki, anam kimdir”

    Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Musavat.com bildirir ki, aktrisa “ATV maqazin onlarla” prqoramında ona ünvanlanan “Necə olub ki, doğma ananızı 12 yaşında tanımısınız” sualına belə cavab verib:

    “Atamla anam ayrılmışdı. Anam xəstəliyə düçar olduğu üçün bizi atama vermişdi. Atam da bacımı yanında saxlayıb, məni isə bibimə verib.
    Anam yanıma gəlib-gedirdi, amma bilmirdim ki, o mənim anamdır. O qədər gözəl idi ki, gözəlliyinə vurğun idim. Həmişə mənə kotlet bişirirdi. Soruşurdu ki, “məni çox istəyirsən?” Deyirdim ki, yox”.

    Hansısa bir hiss məni ona çəkirdi. Fikirləşirdim ki, niyə daxilimdə bu qadına qarşı bir hisslərim, duyğularım var. Sanki hiss edirdim ki, bu mənim anamdır. Ona qarşı həm istək, həm də nifrət var idi... Artıq 12 yaşımda qulağıma pıçıldadılar ki “o sənin anandır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR