AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşaya həsr olunmuş möhtəşəm geyim kolleksiyası - FOTO

  • + A
  • - A
  • 18-02-2022, 18:07

    Şuşaya həsr olunmuş möhtəşəm geyim kolleksiyası - FOTO

    Bakı Milli Geyim Evi Qarabağ geyimlərini ictimaiyyətə təqdim edib.
    Azadmedia.az xəbər verir ki, Geyim Evinin rəhbəri Könül Vəlibəyli 14 ildir aktiv və uğurlu fəaliyyətdə olan Bakı Milli Geyim Evinin hesabatını verərək ən son yeniliklərdən danışıb.

    K.Vəlibəyli bildirib ki, Bakı Milli Geyim Evi Azərbaycanın milli-mənəvi dəyəri olan geyimlərin hazırlanmasında, dünyada tanıdılmasında və təbliğində önəmli rola sahibdir: "Uzun illər ərzində dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edən qurumlar və səfirliklərlə uğurlu əməkdaşlıqlar sayəsində dəfilə və sərgilər keçirilib. Həmçinin, istər ölkə daxilində, istərsə də xaricdə bir neçə dəfə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə müxtəlif dövlət tədbirləri, eləcə də rəqs və mahnı ansambllarımız, teatrlarımız üçün milli geyimlər hazırlanıb.


    Rusiya, Türkiyə, ABŞ, Cənubi Koreya, ərəb ölkələri, Çin, Fransa, Özbəkistan və digər ölkələrdə dəfilə və sərgilər təşkil olunub. Bu gün Bakı Milli Geyim Evinin hazırladığı libaslar ölkə və dünya muzeylərində nümayiş edilir".

    Qeyd edək ki, yarandığı ilk gündən etibarən Bakı Milli Geyim Evinin kolleksiyasında önəmli yer tutan dəstlərdən biri də Şuşa-Qarabağ geyimləridir. Kollektiv 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük zəfərimizə, eləcə də Prezident İlham Əliyev tərəfindən elan olunmuş "Şuşa İli"nə ithaf olaraq Qarabağ və Şuşaya aid geyimlər, araqçınlar hazırlayır.

    Onu da bildirək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ərəfəsində "Şuşa - ənənədən gələcəyə" adlı dəfilə-sərgi keçiriləcək.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR