"Xahiş edirəm, tez qayıt" — "Toppuş bacı"nın əri
Xərçəng xəstəliyinə düçar olan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib.
Axşam.az xəbər verir ki, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün "Belalım" mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib:
"Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.
Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!".
Qeyd edək ki, T.Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.
Xatırladaq ki, aktrisanın xərçəng xəstəliyinə yoluxması haqda aparıcı Hacı Nuran məlumat verib. O, Tünzalə ilə xəstəxanada çəkilmiş şəklini İnstaqramda paylaşaraq hər kəsdən ona kömək istəyib.