AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarixi Zəfər günü xalqımızın gürur mənbəyidir

  • + A
  • - A
  • 6-11-2024, 10:41

    Tarixi Zəfər günü xalqımızın gürur mənbəyidir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    8 noyabr – Zəfər günü Azərbaycan xalqının çoxəsirlik tarixində xüsusi yeri tutur.

    Mənbəyi erməni millətçiliyi, şovinizmi və separatçılığı, qonşu dövlətlərə qarşı ərazi iddialarından qaynaqlanan və uzun illərdən bəri davam edən azərbaycanlıların etnik təmizləməlrinə, ərazilərimizin işğalına dövlətimiz möhtəşəm Qələbə nəticəsində birdəfəlik son qoydu.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “bu Qələbə, bu Zəfər bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.
    Ölkəmiz tərəfindən artıq tarixə qovuşan münaqişənin həllində diplomatik üsullara üstünlük verilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnaməsinə əsaslanmasına baxmayaraq, Ermənistan öz işğalçı siyasətini davam etdirirdi və hətta Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Təəssüf ki, münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə yaradılan ATƏT-in Minsk Qrupu otuz ilə yaxın bir müddətdə heç bir əməli fəaliyyət nümayiş etdirmədi və xalqımızın milli maraqlarına cavab verməyən status kvonun tərəfdarı olmasını əyani formada sübut etdi.
    Ancaq işğal altında olan torpaqlarımızın azad edilməsi və üçrəgli bayrağımızın bütöv Azərbaycan üzərində dalğalanmasının təmin edilməsi hər zaman dövlət siyasətinin əsas prioriteti və strateji hədəfi olmuşdur.
    Prezident İlham Əliyevin dediyi kimi, “Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”
    44-günlük Vətən müharibəsi və lokal anti-terror tədbirləri nəticəsində düşmən qüvvələri ağır kapitulyasiyaya uğradı və ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Tariximizin bu çətin və keşməkeşli dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü parlaq formada nümayiş etdirdi.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR