AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq miqyasda ən mühüm hadisədir

  • + A
  • - A
  • Dünən, 20:30

    COP29-un Azərbaycanda keçirilməsi   beynəlxalq miqyasda ən mühüm hadisədir


    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki, “200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir”.
    Azərbaycanın beynəlxalq müstəvidə ən ciddi söz sahibi olması bir çox məsələlərdə özünü biruza verdiyi kimi, COP29-a ev sahibliyi etməsində də təsdiqini tapdı.
    Ümumiyyətlə vurğulanmalıdır ki, COP29 sülh prosesinin nəticəsidir. Belə bir tədbirin Azərbaycanda keçirilməsi otuz ilə yaxın bir müddətdə davam etmiş münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.
    Keçən ilin dekabr ayında 200-ə yaxın dövlət tərəfindən Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə böyük etimadının və dəstəyinin təzahürü olmuşdur. Prezident İlham Əliyev Bişkekdə keçirilən Zirvə görüşündə əminliyini bildirmişdir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
    2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılan və türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq təşkilat böyük inkişaf yolu keçərək, beynəlxalq münasibətlərin mühüm faktoruna çevrilmişdir. Dövlət Başçısının qeyd etdiyi kimi, “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır”. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın azad olunmuş ərazilərdə inşa etdikləri məktəb və yaradıcılıq mərkəzi, eləcə də tikiləcək məktəblər bizim birliyimizin və qardaşlığımızın əyani sübutudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR