AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vitse-spiker: “COP29 uğurla başa çatdı”

  • + A
  • - A
  • Bu gün, 11:53

    Vitse-spiker: “COP29 uğurla başa çatdı”

    “COP29-da təşkilatçılıq ən yüksək səviyyədə keçirildi. Hesab edirəm ki, əgər bu, BMT-nin əməkdaşlarının üzərində qalsaydı, təşkilatçılıq bu səviyyədə ola bilməzdi. Bu həm də Azərbaycanda müxtəlif qurumların fəal iştirakı nəticəsində oldu”.

    Bu fikirləri AzadMedia.az-a açıqlamasında Milli Məclisin vtse-spikeri Musa Qasımlı COP29-un uğurla başa çatmasını şərh edərkən deyib.

    Onun sözlərinə görə, beynəlxalq tədbir mükəmməl və dəqiq təşkil edilmişdi:
    “Azərbaycan təşkilati baxımdan dünyaya bir nümunə oldu. Bu böyük hadisədir”
    Musa Qasımlı tədbirin mahiyyəti və müzakirə olunan sənədlərin məqsədləri barədə də danışıb:
    “Təbii ki, COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərar verilməsi cənab prezidentin beynəlxalq şəxsi nüfuzu ilə bağlı olan məsələdir. Azərbaycan siyasətinin açıq və konstruktiv qurucu olması ilə bağlı idi. Bu qərar qəbul ediləndən sonra dünyada buna münasibət necə oldu? Cavaba gəlincə, bu, dünyada olan bəzi çevrələrin siyasətinin mahiyyətini açır. Onlar razılığa gəlib səs verdilər ki Azərbaycanda təşkil olunsun. Arxasınca isə bəzi dövlətlər bütün mümkün vasitələrə əl atdılar ki, bu baş tutmasın. Onlar məkrli planlarını heç bir halda həyata keçirə bilmədilər. Azərbaycan uğurla COP29-a ev sahibliyi etdi. İlk dəfə olaraq maliyyə vəsaiti artırıldı. Razılşadırılmayan məsələlər Azərbaycanda razılaşdırıldı və həll olundu. Bu da möhtərəm cənab prezidentimiz İlham Əliyevin dünya liderləri arasında müstəsna rolunun göstəricisidir. Bu dövlətimizin növbəti uğurudur”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR