AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DEPUTAT: "Bələdiyyə seçkilərində siyasi partiyaların iştirakı gözləniləndir"

  • + A
  • - A
  • 2-12-2024, 09:38

    DEPUTAT: "Bələdiyyə seçkilərində siyasi partiyaların iştirakı gözləniləndir"

    2025-ci ildə Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər gələn il yanvarın 29-na təyin edilib. Ümumilikdə seçkilər 685 bələdiyyədə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək. Həmçinin seçkilərdə siyasi partiyalar da iştirak edəcək.

    Millət vəkili Aydın Mirzəzadə AzadMedia.az-a açıqlamasında bildirib ki, ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə siyasi partiyaların qatılması gözləniləndir:

    "Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib"
    Aydın Mirzəzadənin sözlərinə görə, bu seçkilər şəffaf rəqabətli demokratik olacaq:

    "Bələdiyyə seçkilərinə siyasi partiyaların qatılması gözləniləndir. Bundan əvvəl keçirilən parlament seckilərində qeydiyyatda olan 26 siyasi partiyanın 25-i iştirak etdi. Onların 12-si öz nümayəndəsini parlamentə göndərə bildi. Bələdiyyə seçkilərində isə daha çox siyasi partiyaların yerli idarəetmə partiyların təmsil olunması gözləniləndir. Artıq indidən həmin orqanda fəaliyyət göstərmək istəyənlər oz arzularını bildirirlər. İndidən namizədliklərinin irəli sürülməsi üçün hazırlıq görülür. Növbəti seçkilərin də uğurla keçəcəyinə inanırıq"

    Qeyd edək ki, Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. 2025-ci ildə keçiriləcək bələdiyyə seçkiləri sayca 6-cı olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR