AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ERMƏNİSTAN SAXTA BƏYANATLARLA ÇİRKİN ƏMƏLLƏRİNİ ÖRT-BASDIR ETMƏYƏ CƏHD EDİR

  • + A
  • - A
  • Bu gün, 09:24

    ERMƏNİSTAN SAXTA BƏYANATLARLA ÇİRKİN ƏMƏLLƏRİNİ ÖRT-BASDIR ETMƏYƏ CƏHD EDİR



    Məşhur Məmmədov,
    Millət vəkili


    Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı 27 fevral tarixli bəyanatında ölkəmizə qarşı irəli sürdüyü iddialar onu deməyə əsas verir ki, onlar növbəti dəfə tarixi faktların təhrif edilməsinə və saxtalaşdırılmasına əl atıblar.

    Halbuki, ermənilər xalqımıza qarşı mərhələli şəkildə
    vəhşiliklər törədiblər. Bu vəhşiliklər misli görünməmiş hadisələrdir. Tarixi faktları heç bir halda saxtalaşdırmaq olmaz. Çünki arxiv sənədlərində erməni cinayətləri faktlarla sübut olunub.

    Sumqayıt hadisələri də erməni cinayətlərindən biridir. Belə ki, 1988-ci ilin 19 fevralından etibarən İrəvanda «Ermənistanı türklərdən təmizləməli!», «Ermənistan yalnız ermənilər üçündür!» çağırışları ilə başlayan kütləvi mitinqlər başlayıb. Əslində bu, həmin ilin 13 fevralında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində «miatsum» bağırtıları ilə start götürən aksiyanın davamı idi. Ermənilər azərbaycanlılara qarşı «Səlib yürüşü»nə başlamışdılar. Ermənilərin planlı şəkildə həyata keçirtdikləri kütləvi qırğınlar məqsədli idi. Elə hadisələr də ardıcıllıqla həyata keçirilmişdi. Sumqayıt hadisələri də soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi şəkildə zorla çıxarıldıqları, qətlə yetirdikləri vaxta təsadüf etmişdi.

    Sonrakı dövrlərdə də ermənilər xalqımıza qarşı zorakılıq əməllərini həyata keçiriblər.

    Bu gün Ermənistan rəhbərliyi, Xarici İşlər Nazirliyi uydurma və yalan informasiyalar tirajlamaqla məşğuldur. Guya ermənilərə qarşı 2023-cü ildə “etnik təmizləmə” siyasəti həyata keçirilib. Yaxşı olar ki, Ermənistan rəhbərliyi sərsəm fikirlər səsləndirmək əvəzinə, reallığı qəbul etsin. Ölkəmizə qarşı mina terroru bu gün də davam edir. Tarixi, dini mədəni abidələrimiz bu gün də erməni vandalizmi ilə üz-üzədir. Qərbi Azərbaycan torpaqlarımızda erməni vandallığı davam edir. Hesab edirəm ki, bu cür uydurma informasiyalarla Ermənistan hakimiyyəti soydaşlarımızın kütləvi şəkildə qovulmasını, xalqımıza qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etməyə çalışır. Məqsədyönlü təxribatlar heç bir işə yaramayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR