AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik bir gündür" - DEPUTAT

  • + A
  • - A
  • Dünən, 23:47

    "12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik bir gündür" - DEPUTAT


    12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik bir gündür. 1995-ci ilin məhz bu günündə müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin suverenliyinin, hüquqi, demokratik və dünyəvi quruluşunun əsasını müəyyən edir, insan hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir".

    Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
    O, açıqlamasında qeyd edib ki, bu tarixi sənədin hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik sahəsində uzaqgörən siyasətinin, müdrik rəhbərliyinin nəticəsidir:

    "Ulu Öndər Heydər Əliyev müstəqilliyini bərpa etmiş Azərbaycanın hüquqi əsaslarını yaratmaqla dövlətçiliyimizin möhkəmlənməsi yolunda misilsiz xidmətlər göstərmişdir.

    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Konstitusiyanın prinsiplərinə əsaslanan güclü, müasir və ədalətli hüquqi dövlətin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir.

    Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin sabitliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasının, həmçinin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinin təminatıdır.

    Xalqımızı və bütün vətəndaşlarımızı Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR