AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənnət görmək istəyən Azərbaycana, Qarabağa gələcək.

  • + A
  • - A
  • 25-11-2020, 18:48


    Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Prezident, zəfərlər sərkərdəsi cənab İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını və kəlbəcərliləri ürəkdən təbrik edib.

    Mən də xalqımı təbrik edirəm. Dağları qədər məğrur Kəlbəcər tək Azərbaycanın yox, bütün dünyanın cənnəti sayıla bilər. Mən gözəl təbiəti ilə məşhur olan bir neçə ölkədə olmuşam,əminliklə deyirəm ki, Kəlbəcərin mənzərələri daha füsunkardır, dağlarının gözəlliyi Alp dağlarından qat- qat üstündür. Azərbaycanın digər gözəl təbiəti olan regionları var. Amma təsəvvür edirsinizmi ki, Kəlbəcər onların hamısından 3-5 dəfə daha maraqlı, daha cazibədardır. Bizim övladlarımız gələcəkdə daha başqa ölkələrə getmək istəməyəcəklər, elə Kəlbəcər, Laçın , Şuşa dağlarında səfa görəcəklər.Biz orda gözəl infrastuktur quracayıq. Bütün dünya Kəlbəcərin seyrinə gələcək.Cənnət görmək istəyən Azərbaycana gələcək. Bu günü bizə yaşadan müzəffər sərkərdəmizə cənab Ali Baş Komandana, müzəffər ordumuza minnətdarıq.30 il ərzində xalqımız bu günü görmək üçün yaşadı, ümid etdi. Mən bu gün mərhuum Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin də adını ehtiramla yad etmək istəyirəm. Əgər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. O Azərbaycanın ən çətin günündə hakimiyyətə gələrək bir dövlət kimi yox olmağımızın qarşısını aldı. Dünya gücləri Azərbaycanı xəritədən silməyi planlaşdırırdılar. Məhz Heydər Əliyevin siyasi təcrübəsi, nüfuzu bizi xilas etdi, Əsrin müqaviləsini bağladı, enerji layihələri ilə Azərbaycanı gücləndirdi, ona olan inam nəticəsində xarici investorlar ölkəmizə gəlməkdən çəkinmədilər.Heydər Əliyev bütün xarici görüşlərə Azərbaycanın xəritəsilə getdi, bütün görüşlərdə Qarabağın işğalından danışdı, haqq səsimizi dünyaya çatdırdı. Onun vəsiyyətini yerinə yetirmək özü qədər uzaqgörən siyasət yürüdən oğluna, Ali Baş Komandanımıza nəsib oldu.İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində Qarabağ münaqişəsilə bağlı 500-dən çox görüş keçirib.Bu nə qədər böyük əmək deməkdir.

    İlham Əliyev bu gün xalqa müraciət edərkən maraqlı bir nüansa toxundu. O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin torpaqlarımızın itirilməsindəki rolundan danışıb paralellər apardı. “Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar”,- dedi.

    Bu gün eynisini Ermənistan yaşayır və biz bu tarixi hadisələrdən dərs almalıyıq. SOROS məsələsi postsovet ölkələri üçün təhlükədir və aktualdır. Bu gün Ermənistan hakimiyyətində olanların doxsan faizə qədəri, SOROS məktəblərinin məzunlarıdır. Dövlətimiz qorumağın tək bir yolu var, Xalq- Prezident birliyini güclü tutmaq, sarsılmağa qoymamaq.

    Kəlbəcərin bir güllə atılmadan işğaldan azad edilməsi onun güclü siyasi iradəsinin bəhrəsidir. Bu gün Kəlbəcərdə qandonduran soyuqda, dağ şəraitində döyüş çoxlu sayda insan itkisinə səbəb ola bilərdi. Amma, Azərbaycan ordusu Kəlbəcərə döyüşsüz, qalib kimi girdi.

    Kəlbəcər bizim qədim torpağımızdır,ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Amma ömür boyu saxtakarlığa, oğurlamağa vərdiş etmiş bu xalq qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar.

    Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri aşkarlanıb. Mingəçevir, Şamaxı, Qəbələ,Beyləqan, Ağcabədi,Oğuz,Quba, Gəncə, Fizuli, ismayıllı, Şamaxı, və Qaxda xüsusilə belə abidələr çoxdur.

    Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin çox hissəsi meşəlikdir.Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir.Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər.

    Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

    Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

    Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. VII əsrdə ərəb istilası zamanı ərəb xəlifəsi Qafqaz Albaniyasına göndərdiyi kəşfiyyatçıdan bu torpaqlarda yaşayanların kimliyini soruşarkən burda türkdilli xalqların yaşadığını öyrənmişdi.

    Ermənistan Qafqazdakı 200 illik süni məskunlaşdırma sayəsində mövcud olan tarixi ilə bizə minilliklərdən danışır, öz yalanına özü inanır, dünyanı inandırmağa çalışır. Bu gün ən önəmli məsələ Qafqaz Albaniyasının tarixinin daha dərindən öyrənilməsidir, bu barədə elmi işlərin, kitabların yazılması, filmlərin çəkilməsi vacibdir. Biz dünyaya öz qədim tariximizi bir daha çatdırmalıyıq ki, erməni yalanları ifşa olunsun.

    Ermənistan kilsə dövləti və terrorizmi özünə yol seçib.Cənab Prezident qısa, lakonik və konkret sübutlarla Ermənistanın terror dövləti olduğunu, erməni faşizminin daha qorxunc anlayış olduğunu dünyaya çatdırdı. Şah İsmayı Xətaidən sonra, bu günə qədər xalqımızın başına gətirilmiş müsibətlərə İlham Əliyevin dəmir yumruğu son qoydu. Müxtəlif səbəblərdən Azərbaycan torpaqlarını itirə-itirə gəlirdi, o itirilmiş torpaqları geri almağı bacaran lider oldu.Yaşa var ol, cənab Ali baş Komandan! Siz Azərbaycan tarixinin şanlı zəfər salnaməsini yazdınız, xalq sizin adınızı həm qəlbinə, həm qan yaddaşına yazdı.

    Allah cənab Prezidentimizə uzun ömür, can sağlığı versin ki,Qarabağda quruculuq işlərini də layiqincə başa vursun, ölkəmiz daha da qüdrətlənsin. Heydər Əliyev bir zamanlar Azərbaycan dünyaya günəş kimi doğacaq demişdi. Biz bu gün məhz o tarixi anları yaşayır, şahidlik edirik. Bundan böyük sevinc və qürur ola bilməz.O gözəl gələcəyi birlikdə yaratmaq üçün biz hamımız İlham Əliyevin arxasındayıq, birlikdə güclüyük, yenilməzik.

    Milli Məclisin deputatı İlham Məmmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR