AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biz kəlbəcərlilər Prezidentimizə inanaraq bu günləri yaşayacağımıza əmin idik

  • + A
  • - A
  • 25-11-2020, 12:55

    Biz kəlbəcərlilər Prezidentimizə inanaraq bu günləri yaşayacağımıza əmin idik

    Cabir Qurbanov

    Bu gün kəlbəcərlilərin sevincinin həddi-hüdudu yoxdu. Çünki möhtəşəm Qələbə xəbərini illərlə gözləyir, Prezidentimizə inanaraq bu günləri yaşayacağımız günə əmin idik. Bu gün işğaldan azad olunan Kəlbəcər rayonu 1930-cu ildə inzibati rayon statusu alıb, Azərbaycanın ən yüksək dağ rayonudur. Doğma rayonumuz başdan-başa maddi və mənəvi sərvəti ilə zəngindir. Şöhrəti illərdir bütün dünyaya səs salıb. Elə buna görə də ermənilər Kəlbəcəri itirmələrinin şokunu uzun illər yaşayacaqlar

    Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaqdır.

    Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var.
    Kəlbəcər rayonu bir çox turistlərdə də maraq yaradacaq tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandallığı tarıxı abidələrimizə zərər vurmaqla öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarıdır
    Yüksək dağlıq ərazilərdən yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
    Kəlbəcərin Ağdaban kəndi həm də babam Aşıq Şəmşirin adı ilə məşhurdu. Aşıq sənətində öz dəsti-xətti olan babamın illərdir narahat ruhu, baxımsız qalmış məzarı bizləri gözləyir. Artıq daxilimdə mənəvi yüngüllük hiss edirəm, tezliklə doğma torpaqlarımıza baş çəkəcəm, doğmalarımın qəbrini ziyarət edəcəyəm. Biz Kəlbəcərlilərə bu sevinci yaşatdıqları üçün Ali Baş Komandan İlham Əliyevə və Müzəffər ordumuza ailəmiz, elimizin-obamızın əhalisi adından dərin təşəkkür edirəm. Torpaqlarımızın işğaldan azad olunması yolunda Şəhid olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm.
    Allah bir də xalqımıza, dövlətimizə çətin günlər yaşatmasın! Hamını Cənab Prezidebtin ətrafında yumruq kimi birləşməkdə davam edib, ölkəmizin rifahı üçün əlindən gələni əsirgəməməyə səsləyirəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR