AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vüqar İskəndərov: Zəngəzur dəhlizi məsələsinin qabardılması Prezident İlham Əliyevin uzaqgörən siyasi lider olmasının əyani göstəricisidir

  • + A
  • - A
  • 27-04-2021, 14:30



    Prezident İlham Əliyevin üçtərəfli Bəyanatda xüsusilə Zəngəzur dəhlizi məsələsini qabartması onun uzaqgörən siyasi lider olmasının növbəti əyani göstəricisidir.

    Bunu Azadmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı bir daha bu məsələyə toxunması onu deməyə əsas verir ki, Azərbaycan yaxın vaxtlarda praktik olaraq regionun nəqliyyat qovşaqlarının habına çevriləcək.

    “Zaman onu göstərir ki, Zəngəzur dəhlizi yalnız türk dünyasını yox, ümumilikdə Asiyanı Avropa ilə birləşdirən dəhliz olacaq. Dəhlizin fəaliyyətə başlaması ilə Naxçıvan blokadadan çıxacaq, Türkiyə ilə quru məsafəsi 400 kilometr qısalacaq. Bununla yanaşı, artıq Şərq-Qərb nəqliyyat dəhlizinə qoşulmaq perspektivləri yaranıb. Beləliklə, bu böyük layihə reallaşacağı təqdirdə, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermiş olacaq. Prezident İlham Əliyev də qeyd etdiyi kimi, “Zəngəzur dəhlizi” bizim tarixi nailiyyətimiz, siyasi qələbəmizdir”, - deyə deputat bildirib.

    Vüqar İskəndərov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə vasitəsilə Avropanın bəzi ölkələri Şərqdə 3 milyardlıq dollarlıq bir bazara çıxış əldə etmiş olacaqlar. Bundan isə əlbəttə ki, Azərbaycan qazanacaq. Düzdür, hazırda Ermənistan yenə dinc oturmur və müxtəlif təxribatlarla Zəngəzur dəhlizi ətrafında müəyyən şayiələr yaratmağa çalışır. Ancaq onlar Prezident İlham Əliyevin qətiyyəti qarşısında yenə də uduzacaqlarını unudurlar. Zəngəzur dəhlizinin yaranması artıq reallıqdır və Ermənistan bunu istəsə də, istəməsə də, biz bu dəhlizdən istifadə edəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR