AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat əlilliklə bağlı sosial narazılıqlardan DANIŞDI

  • + A
  • - A
  • 11-06-2021, 12:31

    Deputat əlilliklə bağlı sosial narazılıqlardan DANIŞDI

    “Əlilliklə bağlı yaranan sosial narazılıqları yerinə yetirmək üçün bir sıra dəyişikliklərin edilməsi vacibdir. Əlillərin işlə təmin edilməsi vacibdir”.

    Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

    “Bir rəqəmə görə 7 min, digər rəqəmə görə isə 17 min saxta əllilik müəyyən edilib. Görməzliyə, eşitməzliyə vurmaq demək o deyil ki, saxta əlillik ləğv edilən zaman həqiqi əlilliyi olan şəxslərin də hüquqları tapdalanıb. Qanun qəbul edildikdən sonra malliyə tutumu nə qədər olacaq? Bu və digər suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab versə bilərik ki, bu qənaətlə bağlıdır, ya yox”, - deputat vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR