AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının müzakirələrində çıxış edib

  • + A
  • - A
  • 7-04-2025, 14:57

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının müzakirələrində çıxış edib


    Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan parlamentinin spikeri aprelin 7-də Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasının müzakirələrində iştirak edib.
    Assambleyanın bu gün keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Dövlət başçısı müzakirə olunan mövzunun aktuallığı, sosial inkişaf məqsədlərinə nail olunmasında qanunvericilik orqanlarının rolu, həmçinin parlamentlər arasında əməkdaşlığın, beynəlxalq parlament təşkilatlarının qlobal çağırışların aradan qaldırılmasına töhfələri haqqında fikirlərini səsləndirib.
    Qeyd edək ki, Milli Məclisin sədri Özbəkistana işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının Koordinasiya Şurasının iclasında çıxış edib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransına sədrlik edib. Azərbaycan parlamentinin spikeri, həmçinin bir sıra ölkələrin qanunvericilik orqanlarının rəhbərləri ilə də görüşlər keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR