Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
Ekologiya vəTəbii Sərvətlər Nazirliyinın ləv edilməsi, səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyiilə Sənaye Nazirliyi ilə arasında bölüşdürülməsi gözlənilir. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin də ləğvi gözlənilir: ASC-nin səlahiyyətlərinin bir hissəsinin "Azərsu" ASC-yə bir hissəsinin isə Kənd Təsərrüfatı Nazirliyinə verilməsi planlaşdırılır.
Ümumiyyətlə, ölkədə Kənd Təsərrüfatı Nazirliyinin timsalında yeni bir super nazirlik yaradılmasına start verilib. Yaxın gələcəkdə aqrar sektorla bağlı funksiyalar bu nazirlikdə cəmlənəcək. Bu KTN rəhbərinin müsbət imici ilə bağlı bir məsələdir - deyə mənbə vurğulayıb.
İstiqlal.az xatırladır ki, buna qədər Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Ardınca isə nəqliyyat sektoruna daxil olan xidmətlər nazirliyin idaretməsinə verildi və bununla da supernazirlik yaradıldı. İndi də Kənd Təsərrüfatı Nazirliyinin timsalında yeni bir super nazirlik yaradılır.
Bir neçə gün öncə Müdafiə Sənayesi Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib, bir sıra dövlət qurumları birləşdirilib və ya yenidən təşkil olunub.
İlham Əliyev 2018-ci ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında indiki idarəçilik sisteminin köhnəldiyini, dövlət aparatının şişdiyini və köhnəldiyini, effektiv olmadığını bildirmiş, ölkədə ciddi, genişmiqyaslı struktur islahatları həyata keçiriləcəyini vurğulamışdı.