AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

3 dövlət komitəsi ləğv edilir - Siyahı

  • + A
  • - A
  • 31-05-2017, 10:14

    3 dövlət komitəsi ləğv edilir - Siyahı

















    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur

    Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

    Məlumatlara görə, sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.

    Bununla bağlı qərarlar yaxın vaxtlarda qəbul ediləcək. - deyə mənbə bildirib.

    Mənbənin məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları Fövqəladə Hallar Nazirliyinə, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin funksiyaları Xarici İşlər Nazirliyinə, Statistika Komitəsinin funksiyaları İqtisadiyyat Nazirliyinə veriləcək.

    Son 2 ildə 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib. Nəqliyyat nazirliyi isə Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR