AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda “Zəfər Kuboku” karate turniri keçirilib

  • + A
  • - A
  • Bu gün, 21:08

    Bakıda “Zəfər Kuboku” karate turniri keçirilib


    8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” karate turniri Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Karate Federasiyası və “Kyokuşin (Kay) SENŞİ karate” üslubunun KWF nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

    Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunduğu vurğulanıb.Şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizə minnətdarlıq ifadə olunub.

    Turnirdə müxtəlif yaş və çəki dərəcələri üzrə 300-ə yaxın yeniyetmə və gənc karateçi mübarizə aparıb. Yarışın əsas məqsədi gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, Zəfər Gününün əhəmiyyətini aşılamaq və karatenin inkişafına töhfə vermək olub.

    Tədbir çərçivəsində idmanın və gənclərin inkişafında xidmətləri olan şəxslər təltif edilib. Sonda qaliblərə və mükafatçılara medal, kubok və xatirə hədiyyələri təqdim olunub.











































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR