Masallıda kyokuşin karate idman növü üzrə respublika turnirinə yekun vurulub.
Azadmedia.az - 26 iyun 2022-ci il tarixdə Masallı Olimpiya Kompleksində Masallı rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası “OYAMA” döyüş növləri İdman klubu ictimai birliyinin və Beynəlxalq İFK Kyokuşin karate təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş uşaqlar, yeniyetmə ,gənclər ,qadınlar və kişilər arasında kyokuşin karate idman növü üzrə Respublika turniri keçirilib.
Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilib sonra isə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Azərbaycan Respublikası “OYAMA” döyüş növləri İdman klubu ictimai birliyinin və Beynəlxalq İFK Kyokuşin karate təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyev çıxış edərək idmançıları 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edərək, turnirin keçirilməsində əsas məqsədin regionlarda karate idman növünün inkişaf etdirmək və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirmək ,gənclərimizin zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzinin təbliğ etməkdən ibarət olduğunu bildiriblər.
Qeyd edək ki, turnirdə Masallı idmançıları ilə yanaşı Astara və Bakı şəhərindən 5 klub olmaqla 130 nəfərə yaxın idmançı iştirak edib.
Turnirdə qalib gəlmiş idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılmışlar. Turnirdə Vətən Müharibəsi iştrakçısı Xalid Adilzadəya Masallı rayon Gənclər və İdman İdarəsi trəfindən təşəkkürnamə təqdim edilib..
Ülkər Piriyeva