AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçın rayonundan deputatlığa namizəd Raqif Məmmədov kimdir?

  • + A
  • - A
  • 26-01-2020, 22:59

    Laçın rayonundan deputatlığa namizəd Raqif Məmmədov kimdir?


    121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məmmədov Raqif Vaqif oğlu 29 avqust 1986-cı ildə Laçın şəhərində anadan olub. Gənc, savadlı, təcrübəli, enerjili, yenilikçi, Dövlət və Dövlətçilik üçün daima çalışan şəxsiyyətdir. Laçın rayonunun iki tanınmış nəslin nümayəndəsidir. Bir tərəfdən ata babası Məmmədov Əhməd Seyid Lazım oğlu – Kirov adına maldarlıq sovxozunda baş mexanik, Pircahan sovetliyində (Pircahan, Seyidlər, Alqulu, Qaraçənli) kolxoz sədri vəzifələrində işləyib, digər tərəfdən ana babası İbadov Qənbər Ağalar oğlu – uzun illər məktəb direktoru vəzifəsində və Qoşasu kənd orta məktəbində tarix müəllimi işləyib.

    Tam məlumatları Sizə təqdim edirik.
    Atası – Məmmədov Vaqif Əhməd oğlu – Seyid Əhmədin oğludur. Laçın avtobazasında avtoelektrik vəzifəsində işləmişdir. Təqaüdçüdür
    Anası – İbadova Xuraman Qənbər qızı – Alpoud kəndindəndir. Qənbər müəllimin qızıdır.
    Babası – Məmmədov Əhməd Seyid Lazım oğlu (Seyid Əhməd) – Kirov adına maldarlıq sovxozunda baş mexanik, Pircahan sovetliyində (Pircahan, Seyidlər, Alqulu, Qaraçənli) kolxoz sədri vəzifələrində işləyib.
    Babası – İbadov Qənbər Ağalar oğlu – uzun illər məktəb direktoru vəzifəsində və Qoşasu kənd orta məktəbində tarix müəllimi işləyib.
    Nənəsi – Xıdırova Firuzə Məmmədhəsən qızı, Xıdırov Məmmədhəsən uzun illər kolxoz və sovet sədri vəzifəsində çalışmışdır
    Dayısı – Ağalarov Baxşeyiş – Laçın rayonu işıq idarəsində mühəndis, sonra Laçın, Qubadlı, Zəngilan rayonlarının Trestinin rəisi vəzifəsində çalışıb. Abseron rayonu işıq idarəsində mühəndis işləyib.
    Dayısı – İbadov Uğurlu – Qoşasu kənd kolxozunda aqranom, Pircahan sovxozun kassiri işləyib.
    Dayısı – İbadov Akif – Tibb Universitetini bitirib. Laçın rayonu SES-ə baş həkim, Laçın şəhər sovetinin sədri, Laçın icra başcısının müavini və s… vəzifələrdə işləyib. Ali Partiya məktəbini, Elmi Kommunizm Universitetini bitirib. Həyat yoldaşı Nəzakət həkimdir.
    Dayısı – İbadov Elbrus – Laçın rayonu xəstəxanasinda uşaq həkimi, şöbəsinin müdiri işləyib.
    Dayısı – İbadov Zakir – Laçın rayonu meşə idarəsində rivizor işləyib uzun müddət, Səlyan rayonu meşə idarəsində işləyib.
    Dayısı – Ağalarov Məzahir – Laçın rayonu Səfyan kənd xəstəxanasının baş həkimi, Xırdalan şəhər təcili tibbi yardım xəstəxanasında baş həkim, indi isə həkim vəzifəsində çalışır.

    Təhsili
    1993 – 2004-ci ildə Laçın şəhər orta məktəbini yüksək qiymətlərlə bitirmişdir.
    2004-ci ildə bakalavr pilləsinə yüksək balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakultəsinə daxil olmuşdur. 2008-ci ildə Fərqlənmə diplomu ilə bitirmişdir.
    2008-ci ildə magistratura pilləsinə yüksək balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakultəsinin “Yerüstü nəqliyyat vasitələri, yerüstü və hava nəqliyyatının istismarı” ixtisasına daxil olmuşdur. 2011-ci ildə Fərqlənmə diplomu ilə bitirmişdi.
    2004-cü ildə Laçın rayonu üzrə Riyaziyyat fənn olimpiadasında 1-ci yer tutmuşdur və Respublika turunda ilk 5-lik siyahısına daxil olmuşdur.
    2008 – 2009 Həqiqi hərbi xidmətdə olmuşdur – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi – Penitensiar Xidmətin Mühafizə Alayı (magistr təhsilini donduraraq). Hərbi xidməti və hərbi hazırlığı ilə fərqlənmişdir.
    BMT və Norveç Qaçqınlar Şurası tərəfindən keçirilən layihədə fərqləndiyi üçün sertifikatla təltif olunmuşdur.
    Azərbaycan Diasporası, “İrəli” İB, TGT, Hİ, YAP üzrə bir çox tədbir və layihələrinin təşkili, idarə edilməsində yaxından iştirak etmişdir.
    Web Development, SEM, SMM, Digital Marketing, Business Analytics və s. çox sayda sertifikatları var.

    İş təcrübəsi
    2010 – 2011: “Rəvan Sığorta” ASC, “Nurgun Group” – Qəza komissarı
    2011 – 2012: “Nurgun Motors”, “Nurgun Group” – Prosses və Keyfiyyətə Nəzarət Meneceri
    2012 – hal-hazırda: “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” (NİİM) – Mütəxəssis
    2014 – 2015: Azərbaycan Texniki Universiteti, Avtomobil daşımaları və yol hərəkətinin təşkili, Diplom rəhbəri
    2014 – 2019: BIG-Studio.NET, Web Developer və Project Manager (Layihə Rəhbəri)
    2019 – hal-hazırda: “VIP ES GROUP” MMC, Baş Direktor və Təlimçi
    15.03.2019 – hal-hazırda: “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 04 aprel tarixli Fərmanının 2-ci hissəsində göstərilən texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatının şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət məqsədilə yaradılmış “Texniki Şura”ların tərkibinə daxil edilən 1 saylı Bakı “Asan Kommunal” mərkəzində “Texniki Şura”nın üzvüdür.

    Hal-hazırda əlavə olaraq Liderlik, Digital Marketing, Business Analitics, SEM, SMM üzrə təlimlər keçir.
    Bir çox mikro, orta və böyük layihələrin rəhbəri olmuşdur.
    Azərbaycan, Rus, İngilis və Türk dillərini bilir.
    Yüksək seviyyəli idarəçilik və nitq qabiliyyətinə malikdir.
    Ailəlidir. İki övladı var.

    P L A T F O R M A

    Parlamentin iclaslarında fəal iştirak etmək. Bütün gündəmdə olan Laçın, Qarabağ, iqtisadi və siyasi məsələlərə Laçınlıların və dövlət maraqlarını qorumaqla fəal iştirak etmək. Problemlərin həlli istiqamətində təkliflərin hazırlanıb təqdim edilməsi.
    Parlamentdə mənə səs verən və verməyən bütün Laçın sakinlərinin səsi olmaq.
    Təhsil səviyyəsinin artırılmasına (orta, ali və peşə istiqamətləri üzrə) xüsusi diqqət ayırmaq – Bunu unutmayaq ki, Bizi Laçına aparacaq yol məhz Təhsilin inkişafından keçir!
    Yeni iş yerlərinin açılması: Müxtəlif sənət və peşələr üzrə (toxuculuq, mebel, kompüter texnalogiyaları, tərcümə və s.)
    Ehtiyacı olan ailələrə müxtəlif formalarda yardım etmək (xeyriyyəçi qrup formasında) – əsas olaraq sağlamlıq və təhsil istiqamətləri üzrə köməkliklərin göstərilməsi.
    Əhalinin ehtiyac dərəcələrinə görə qruplaşdırılması (maddi vəziyyətə görə) – mərhələli şəkildə rifahının yaxşılaşdırılması üçün işlər görmək.
    Çətin şəraitdə yaşayan sakinlərin yeni salınan qəsəbələrdə məskunlaşdırılmasına çalışmaq.
    Rayon sakinlərinin yaşadığı ərazilərdə (xüsusi ehtiyacı olan) yol, kommunal infrastrukturların yenidən qurulmasına çalışmaq. Mütamadi olaraq vətəndaşlarla görüşlərin keçirilməsi və aidiyyatı qurumların məsul nümayəndələrinin problemlərin həllinə cəlb edilməsi.
    Müraciət, şikayət və təkliflərin onlayn olaraq qəbulu və tez bir müddətdə cavablandırılmasını təmin etmək.
    Laçına, Laçınlılara və Nəslimə layiqli davamçı olmaq!
    Sosial Şəbəkədə izləyə və daha ətraflı məlumat ala bilərsiniz:

    https://www.facebook.com/RaqifMammadovOfficial/
    https://www.instagram.com/raqif_mammadov/
    https://www.linkedin.com/in/raqif/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR