AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şahin Seyidzadə Qobustan şəhərindən olan şəhidin məzarını ziyarət edib

  • + A
  • - A
  • 27-04-2021, 15:50


    Milli Məclisin 50 saylı Abşeron-Qobustan rayonu üzrə deputatı Şahin Seyidzadə təmsil etdiyi Qobustan şəhər sakini olmuş şəhid Hacıyev Sərxan Eldar oğlunun məzarını ziyarət edib.
    Qobusan rayonunda ümumilikdə 42 vətəndaşın iştirakı ilə fərdi qəbul keçirən deputat həmçinin şəhidin məzarını ziyarət etməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
    “Sərxan Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olmuş və orta təhslini burada bitirmişdir. Qarabağın azad olunması uğrunda gedən “Dəmir yumruq” əməliyyatları zamanı 30 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsindən könüllü olaraq cəbhəyə yollanmışdır.

    Ailəsi, dostları və onu tanıyan hər kəsin xatirəsində məktəb illərində olduğu kimi vətənpərvərliyi, mübarizliyi və qorxmazlığı ilə yadda qalan Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali Baş Komandan İlham Əliyev tərəfindən Qobustan rayon şəhidi Sərxan Hacıyev "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR