Əfqanıstanda tezliklə yeni hökumət elan oluna bilər
[center]
Taliban tezliklə ölkənin yeni hökumətinin tərkibini açıqlayacağını bildirib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə yerli "Tolo News" telekanalı xəbər yayıb.
Telekanal hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahidin sözlərindən sitat gətirib: "Əfqanıstanın aparıcı siyasətçiləri ilə sıx təmasdayıq, kifayət qədər səmərəli dialoq aparılır. Əmin ola bilərik ki, yaxın vaxtlarda yeni hökumətin elanı veriləcək".