Hökumət istefaya getdi - Yaponiyada
Yaponiya Baş Naziri Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.
“TASS” ın verdiyi məlumata görə, bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası bildirib.
Yaxın saatlarda Yaponiya parlamenti yeni Baş Nazirin namizədliyinə səs verəcək. Bu posta ölkənin hakim Liberal Demokrat Partiyasının yeni sədri Yosixide Suqanın seçiləcəyi gözlənilir. Bundan sonra Suqa yeni hökumətinin tərkibini açıqlayacaq.