AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaribaşvilinin Azərbaycana səfər proqramı açıqlandı

  • + A
  • - A
  • 29-09-2021, 11:02


    Bu gün Azərbaycana gələcək Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin səfər proqramı açıqlanıb.

    Bu barədə “Imedi” telekanalı məlumat yayıb.

    Məlumata görə, İrakli Qaribaşvilinin Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlə başlayacaq. Rəsmi görüş Zaqulba sarayında baş tutacaq.

    Bildirilir ki, təkbətək görüşdən sonra İlham Əliyev Gürcüstanın Baş naziri və nümayəndə heyətinin üzvləri ilə işgüzar nahar edəcək.

    Həmçinin Qaribaşvili bir gün davam edəcək səfər çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək. İclasdan sonra əməkdaşlıq barədə memorandumların imzalanacağı gözlənilir.

    Qeyd edək ki, İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə ölkənin xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava və hökumət aparatının rəhbəri İlya Darçiaşvili daxildirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR