AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu öndər Azərbaycanı sosial-iqtisadi yüksəliş mərhələsinə daxil etdi

  • + A
  • - A
  • 12-12-2021, 11:13

    Ulu öndər Azərbaycanı sosial-iqtisadi yüksəliş mərhələsinə daxil etdi
    Bu gün bütün ölkə vətəndaşları ulu öndər Heydər Əliyevin anım gününü qeyd edir. Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real təməllər qoyulurdu. Sovetlər dönəmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olub. Məhz onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə çevrildi. Hələ sovet dövründə Azərbaycan tarixi, mədəni irsinin yaşadılması üçün tanınmış alimlərin, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin, bəstəkar və incəsənət xadimlərinin ev muzeyləri yaradılır, abidələr qoyulur, məqbərələr tikilirdi.
    Bütün varlığı ilə dövlətini, xalqını sevən, onun inkişafı və gələcəyi üçün heç bir çətinlikdən çəkinməyən Ulu Öndər ötən illər ərzində bu sözlərin böyük həqiqət olduğunu sübuta yetirdi. Başqa bir reallıq, bəlkə də həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin anım gününün qeyd edilməsi Azərbaycanda insanları birləşdirmək gücünə malik olan dövlətçilik ənənəsinə çevrilib. Bu, həm də onun dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. O, həmişə deyirdi ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, “Nə qədər Azərbaycan var, mən də olacağam!”. Bu fikirlər onun həyat fəlsəfəsi idi. Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı.
    Tarix belə dahiləri tək-tək yetirir. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
    Mirnizam Vahabov,
    Yeni Azərbaycan Partiyasının üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR