Nazirlər Kabineti “Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında” qərarda dəyişiklik edib.
AzadMedia.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 204 ştat vahidi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçilərinin say həddi 105 ştat vahidi və regional təhsil idarələrinin işçilərinin say həddi 717 ştat vahidi müəyyən edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.