Çingiz Qənizadə: “Prezident tərəfindən əfv gözlənilir”
“Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində ölkə Prezidenti tərəfindən əfv Fərmanının imzalanması gözlənilir”.
Bunu Milli Məclisin deputatı, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Çingiz Qənizadə jurnalistlərə açıqlamasında bildirib.
Ç.Qənizadə yaxın aylarda ölkə başçısı tərəfindən əfv fərmanının imzalanması ilə bağlı dəqiq məlumata malik olmadığını söyləyib: “Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv Fərmanının olacağı barədə hələlik məlumatım yoxdur. Lakin ümid edirik ki, ilin sonuna qədər əfv Fərmanı olacaq. Bildiyiniz kimi, Cinayət Məcəlləsində humanistləşmə, cəzanın yumşadılması ilə bağlı xeyli dəyişiklik etdik. Məqsəd də odur ki, cəzaçəkmə müəssisələrində insanların sayı azalsın. Amma məlum olduğu kimi, hər il bir və ya iki dəfə əfv fərmanı imzalanır. Buna görə də ilin sonunda böyük bir əfv fərmanının veriləcəyinə ümid edirik”.