AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan qabağa, Ermənistana ağa... – mühüm gəlişmə

  • + A
  • - A
  • 6-03-2018, 10:02

    Azərbaycan qabağa, Ermənistana ağa... – mühüm gəlişmə













    Ermənistan Rusiya və Qərb üçün “dəstəyi olmayan çamadan”a çevrilir; işğalçı ölkə öz tarixində ən kritik zolağa girib; erməni portalından acı etiraf: “Bu, erməni xalqını ölümə aparmaqdır...”

    Rusiyanın ucqar əyaləti və satelliti olan Ermənistan keçən həftə formal olaraq özünə 4-cü prezidenti seçdi - bu dəfə parlamentdə. Alternativsiz “seçki” nəticəsində Böyük Britaniyadakı səfir və imkanlı iş adamı Armen Sərkisyan prezident edildi.

    Vəziyyətin tragikomikliyi də ən əvvəl budur: növbəti prezident xaricdən - Böyük Britaniyadan gətirildi. Bu da ona görə baş verdi ki, hakim rejimin başında duran Serj Sərkisyana belə lazım idi. Ki, bununla bir növ, həm hakimiyyətdə Qərbin adamının olması görüntüsü yaratsın, həm də prezidentin Qarabağ klanına məxsus olmadığı haqda Ermənistan toplumunda rəy formalaşsın (Armen Sərkisyan qarabağlı deyil).

    Lakin dünyaya, cəmiyyətə bu kimi mesajların, siyasi gedişlərin daha elə bir önəmi qalmayıb. Çünki işğalçı ölkə Qarabağ məsələsinə görə elə dərin iqtisadi-siyasi bataqlığın içərisindədir ki, onu oradan prezident səlahiyyətləri məhdud olan Armen Sərkisyan çıxarmaq gücündə deyil. Həmçinin də o səbəbə ki, ölkədə əsas söz sahibi yenə “Qarabağ klanı” və onun başında duran Xocalı canisi - Serj Sərkisyan olaraq qalacaq. Hər nə olmasa, aprelin 9-da sonuncunun bu dəfə baş nazir postunu ələ keçirəcəyinə çox az adam şəkk edir.

    *****

    Armen Sərkisyan ile ilgili görsel sonucu

    Demək, Qərblə Rusiya arasında “vurnuxan” işğalçı Ermənistan fəlakət zolağında, blokada rejimində və “izqoy” (“tullantı”) ölkə statusunda məntiqi yekuna doğru yoluna davam edəcək. Bunu erməni nəşrləri və ekspert ictimaiyyəti son prezident “seçkisi”ndən sonra açıq etiraf eləməyə başlayıb.

    “Ermənistan daxilindəki situasiya ilə bağlı Qərblə Rusiya arasında konsensus əldə edilib. Hakim klan hamını - Moskvanı da, Vaşinqtonu da qane edir. Bəli, Qərbdə bizim ölkənin sükanı arxasında əsl demokratın və islahatçının durmasını arzu edərdilər. Ancaq bütün məsələ də yalnız elə arzulamaqdadır. Bu yöndə real səyləri isə Qərb göstərməyə hazırlaşmır. Həm də o səbəbə ki, artıq Ukraynada əli ”yanıb"".

    “Yeni Müsavat”ın məlumatına görə, bu sitat "Armenian Report" nəşrindəki baş məqalədəndir. Məqalədə daha sonra deyilir: “Prezident Poroşenkonun dövründə ölkədə korrupsiya dəfələrlə böyüyüb, Ukrayna xalqı da dəfələrlə kasıb yaşamağa başlayıb. Bu ölkənin böyük sayda vətəndaşları Polşaya, Çexiyaya, hara gəldi qaçırlar. Çünki dəyişiklik olacağına inanmırlar. Poroşenko isə gözlərin içinə baxa-baxa yalan danışmaqda davam edir. O cümlədən iddia edir ki, prezidentliyi dövründə kasıblayıb.

    Armen Sərkisyan ile ilgili görsel sonucu

    ”Forbes" isə deyir ki, o, bu müddətdə daha 1.7 milyard dollar varlanıb. Bəs Qərb onu əvəzləyə bilərmi? Qərb onu nəinki əvəzləyə bilməz, bunu heç istəmir də. Qərb onun üçün “dəstəyi olmayan çamadan”a çevrilmiş Ukraynadan dəhşətli dərəcədə yorulub. Ermənistanın timsalında ikinci belə bir “çamadan” ona lazım deyil. Qərb başa düşüb ki, elə vəziyyətlər var, onları olduğu kimi saxlamaq daha yaxşıdır. Necə deyərlər, özünə də ucuz başa gələr. Bütün bunları isə Ermənistanın real perspektivlərini yaxşı başa düşən bizim xalq da yaxşı görür".

    Armenia USA ile ilgili görsel sonucu

    Erməni nəşri yazının sonunda acı etirafda bulunub: “Biz bundan sonra da yarımçıq müstəqil dövlət statusu daşımağa məhkumuq - hansı dövlətin mühüm qərarlarını ki, Kreml qəbul edir və edəcək. Sivil dünya üçün artıq ”izqoy"a çevrilən həmin o Rusiyadakı Kreml. O Rusiya ki, özəl hərbi şirkət olan “Vaqnerin” 600 üzvündən imtina edir (Suriyada ABŞ bombardmanı zamanı öldürülüb - red.). O Rusiya ki, diplomatik kanallarla kokain transportyoru kimi bütün dünyada məşhurlaşıb. Üstəlik, Rusiya dünyanı nüvə silahı ilə hədələyir. Bu - onun axırıncı blefi, sonuncu “kozır”ıdır. Biz isə bu paranoidal dövlətin məcburi müttəfiqiyik! Heç kim də heç nəyi dəyişməyə hazırlaşmır. Elə Armen Sərkisyan da Serj Sərkisyanla görüşdə açıq şəkildə və ucadan vəd elədi ki, hər şey olduğu kimi öz yerində qalacaq. Hər şeyi olduğu kimi saxlamaq isə, erməni xalqına xidmət deyil, onu ölümə aparmaqdır".

    *****

    qarabağ minval.az ile ilgili görsel sonucu

    Erməni də olsa, düz deyir. Gerçəkdən, erməni xalqı onun başında duranların avantürist siyasəti nəticəsində ölümə, fəlakətə doğru yol gedir. Azərbaycan isə müharibə şəraitində olsa da qabağa gedir ki, dala getmir. Bu da yenə bizdən öncə özlərinin etirafıdır.

    “Sərhədlərin açılmasının Türkiyə üçün hansısa əhəmiyyəti belə yoxdur. Ermənistan blokadadan qurtulmaq istəyir. Lakin nə Türkiyə, nə də Azərbaycanın bundan ötrü ürəyi getmir və hansısa stimulları da yoxdur. Gerçək budur ki, Azərbaycanın inkişafına maneə törətmədi. Ermənistanın siyasi elitası isə bunu dərk etmək istəmir”. “Yeni Müsavat” xatırladır ki, bunu erməni tanınmış politoloq Manvel Sərkisyan “Sürix protokolu” və işğalçı ölkənin gələcəyi barədə yerli mətbuata danışarkən söyləyib.

    Beləcə, öz ağasını dəyişmək istəyən Ermənistan Rusiya və Qərb üçün yerdən qaldırılması çətin olan ağır bir yükə - “dəstəksiz çamadan”a çevrilməklə öz tarixində ən kritik bir zolağa daxil olub...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR