Bu gün Hacıbala Abutalıbovun yerinə təyinat ola bilər - sabiq nazirlərdən biri də bu posta iddialı kimi çıxış edib
Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat ola bilər. Bu barədə Nazirlər Kabinetindəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, Abutalıbovun yerinə heç də proqnoz edildiyi və son dövrlərin siyasətinə şevrildiyi kimi gənc kadr gətirilməyəcək.
Mənbənin dia.az-a söylədikləri: "Bir neçə fiqurun təhlili gedir. Hətta maraqlıdır ki, sabiq nazirlərdən biri də bu posta iddialı kimi çıxış edib. Onun adı açıqlanmır. Lakin qərar bu gün və yaxud da 1-2 günə veriləcək".
Xatırladaq ki, bu vaxta qədər bir neçə rayonun rəhbərinin BŞİH-ə şef gətiriləcəyi haqda müxtəlif iddialar səsləndirlib. Amma təbii ki, yekun qərar cənab prezidentindir.
Bizi izləyin...