Hənifə Cəfərli
Azərbaycan Dövlət Iqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoruƏsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyev tərəfindən qlobal iqtisadi şəraitin tələblərinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi müasir çağırışlar konteksində Azərbaycanın davamlı iqtisadi inkişafını təmin etməkdir.
Məlumdur ki, hər hansı bir inkişafın əsasını iqtisadi tərəqqi təşkil edir. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən etibarən dövlətin iqtisadi siyasətinin təkmilləşdirilməsi, davamlı iqtisadi islahatların dərinləşdirilməsi, qlobal iqtisadi çağırışlara adekvat və müasir konseptual yanaşmaların təmin edilməsi, milli iqtisadiyyatın səmərəli formada şaxələndirilməsi istiqamətlə¬rinin müəy¬yən¬¬ləş-dirilməsi, milli iqtisadiyyatın davamlı artımının formalaş¬dı¬rılması və bunlarla bağlı prioritet qeyri-neft sahələrinin inkişafının sürət¬lən¬di¬rilməsi, qlobal çətinliklər şəraitində və dünyada qeyri-sabitmaliyyə mü¬hitinin hökm sürdüyü dövrdə ölkə əhalisinin sosial rifahının davamlı ola¬raq yaxşılaşdırılmasına nail olması kimi mürəkkəb vəzifələrin və problemlərin həlli istiqamətdə çox mühüm qərarlar qəbul edilmişdir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycan dünya iqtisadi proseslərində nisbətən formalaşmış və müəyyən iqtisadi inkişaf proseslərini keçmiş, dünya iqtisdi sistemində özünəməxsus xüsusiyyətləri, mexanizimləri, prinsipləri və meyarları ilə fərqlənən yeni keyfiyyətli milli iqtisadi inkişaf modeli formalaşdırmışdır. Həyata keçirilən davamlı iqtisadi islahatlar sayəsində Azərbaycan ötən müddət ərzində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində əhəmiyyətli addımlar atıb. Davamlı iqtisadi islahatlar nəticəsində bu siyasət qlobal iqtisadi çağrışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, şaxələndirilmiş milli iqtisadiyyatın formalaşdırması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz regional və beynəlxalq iqtisadi inkişaf proseslərində, qlobal iqtisadi layihələrdə, o cümlədən beynəlxalq nəqliyyat və enerji layihələrində tarixi uğurlara nail olmuşdur. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilmişdir. Bunun belə, məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin qorunub saxlanılmasında, əhalinin sosial rifahının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atmışdır.
Cənubi Qafqazın əsas iqtisadiyyatını özündə formalaşdıran Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın aktiv iştirakı ilə yerinə yetirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən nüfuzlu bir ölkəyə çevrilmişdir. Azərbaycan fəal tərədaş olaraq irəli sürdüyü və tam olaraq dəstək verdiyi enerji layihələri ölkəmizin regionda və Avropa İttifaqı məkanında önəmli bir faktora çevirmişdir.
Xüsusiylə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi xarakterizə olunur. Ümumiyyətlə, Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etməsi geniş əhatəli sosial siyasətlə tamamlanır. Ölkəmizin bütün ərazilərində təhsil, səhiyyə infrastrukturunun yüksək standartlara uyğun səviyyədə yenidən qurulması, şəhərlərdə və rayonlarda müasir tələblərə cavab verən idman mərkəzlərinin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin çoğrafiyasının genişləndirilməsi, Azərbaycanın sosial yönümlü iqtisadi inkişaf modelinə malik olduğunu səcyyələndirir. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş əsas vəzifənin məqsədi respublikamızda sosial sahədə vəziyyətin dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə yüksəltməkdən barətdir. Qlobal iqtisadi çağırışlara uyğun yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsi ölkəmiz üçün son dərəcə aktual məsələyə çevrilmişdir. Azərbaycanda Prezident İlham Əliyevin yeni yaranan çağırışlara və ölkənin reallıqlarına uyğun milli iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, 2016-2020-ci illər üçün strateji inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı ehtiva edir. Strateji Yol Xəritəsi 12 istiqamət üzrə təsdiq edilmişdir, bunların sırasında milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ix¬¬tisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, ma¬¬liyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya tex¬no¬¬logiyalarının inkişafı, xüsusilə əhəmiyyətli və perspektivlidir. Görün¬dü¬¬yü kimi, yaxın perspektivdə ölkəmizin milli iqtisadiyyatının inkişaf mo¬¬delinin əsaslı şəkildə təkmilləşdirilməsi imkanları genişlənir. Belə ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyində rəşadətli ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etmiş və dərhal böyük həcmli dirçəliş və bərpa işlərinə başlanılmışdır. Ölkəmizdə iqtisadi rayonlaşdırma yenilən¬miş, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Artıq bu ərazilərdə infrastruktur obyektlərinin yaradılması sürətlə davam etməkdədir. Bütün bu amillər Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə, onun milli iqtisadiyyatının struktu¬runun şaxələndirilməsinə və rəqabətqabiliyyətinin artırılma¬sına, ölkədə davamlı inkişaf problemlərinin həllində yeni potensial resursların və mənbələrin formalaşdırılmasına əlavə imkanlar verəcəkdir.
Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər”ə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul edilmişdir. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.