AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ATİLLANIN AYAĞI DƏYƏN TORPAQLARA İDDİALIYIQ…” – Cavid Qurbanovdan qəribə açıqlama

  • + A
  • - A
  • 8-12-2018, 14:04

    “ATİLLANIN AYAĞI DƏYƏN TORPAQLARA İDDİALIYIQ…” – Cavid Qurbanovdan qəribə açıqlama















    “Vaxtilə Vorontsov Lazarevi Təbrizin komendatı təyin etmişdi. O, Lazarev deyil, Lazaryandır. Ona görə də yəqin ki, “Lazaryan klubu” desək, daha yaxşı çıxar”

    Deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu fikirləri Milli Məclisin plenar iclasında çıxış edərkən söylədi. “Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbirdə Azərbaycana qarşı iddiaların səslənməsinə toxunan C.Qurbanov Rusiya Dövlət Dumasının ermənipərəst deputatı K.Zatulinin səsləndirdiyi iddialara da reaksiya verdi: “İndi Zatulin gedib həmin klubda yallanır. Ona görə də səs çıxartmalıdır, nəsə deməlidir. Bu iddialar sadəcə iki deputatın arasını vurmağa yönəlmiş cəhddir. Ancaq onun bu fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz”.

    C.Qurbanov bu yaxınlarda ölkə prezidentinin rəhbərliyi ilə Rusiyada, dövlətlərarası komissiyanın işində iştirak etdiyini xatırlatdı: “İnanın ki, mən ordakı münasibətləri gördüm. İçəridəki münasibətləri bilirəm. Çox gözəl, səmimi münasibətlər var və Rusiya ilə hər şey qaydasındadır. Cənab prezidentin özünün dediyi kimi, ötən il 800 min rus bura gəlib. İndi yöxlasınlar, görsünlər Ermənistana hərbçilərdən başqa kim gedir?”

    Deputat bəyan etdi ki, ermənilərin və onların havadarlarının Azərbaycanın tarixi torpaqlarına iddiaları mənasızdır: “Biz heç vaxt öz torpaqlarımızdan imtina edəsi deyilik. Əvvəl-axır Atillanın ayağı dəyən hər türk torpağına biz iddialıyıq. Ermənilərin yaşadığı ərazi də bizim torpaqdır, Hüseynqulu xanın torpaqlarıdır. Biz o torpaqları da geri almalıyıq”.

    Ermənilərin iddialarını mənasız sayan C.Qurbanov ardınca dedi ki, bizim işimiz siyasətimizi uğurla davam etdirmək, iqtisadiyyatımızı və ordumuzu gücləndirmək, torpaqlarımızı işğaldan azad etməkdir.

    260px-Attila_MuseumQeyd edək ki, 406-453-cü illərdə yaşayan Atilla türk dünyasının ən məşhur sərkərdələrindən biridir. Atilla, deyilənə görə, İtil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub.

    “Avropanın imperatoru” titulunu qazanmış Hun İmperiyasının hökmdarı olan Attila eramızın 434-cü ilində taxta çıxıb.

    O, Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim olub. Eyni zamanda dövlətinin sərhədlərini Asiyaya qədər genişləndirib. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (Bizans) imperiyalarını tez-tez istila edib. Qərbi Roma İmperiyasına səfər edərkən Papa Attilanın önündə diz çöküb əfv dilədiyindən, Romanı fəth etməyib və vergiyə bağlayıb. Bu səbəblə də Avropa mənbələrində Atillanı “Tanrının Qamçısı” adlandırıblar.

    Qeyd olunanları nəzərə alsaq, C.Qurbanovun fikirlərini həddən artıq iddialı hesab edə bilərik… Daha çox realist biri kimi tanınan, zamanın tələblərinə uyğun hərəkət edən hörmətli Cavid müəllimin belə qəribə açıqlama ilə çıxış etməsinin səbəbini bilmirik. Ola bilsin fikirlərini ifadə etmək istərkən, bir qədər ifrata varıb.

    Ancaq hər halda Azərbaycanda yüksək vəzifə tutan bir çox şəxsdən fərqli olaraq, C.Qurbanovun millətimizin TÜRK keçmişi ilə fəxr etməsinı və tarixi torpaqlarımızı geri alacağımıza olan inamını təqdir etmək lazımdır…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR