SABAH MAGİSTRAL QAZ KƏMƏRİNDƏ TƏMİR İŞLƏRİ APARILACAQ
Aprel ayının 29-da "Qaz İxrac" İdarəsi diametri 530 mm olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır. Belə ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhəddi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaznəqli sisteminə birləşdiriləcək. Təmir zamanı aprel ayının 29-da səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.