AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN-dən şəhid Xudayarın qohumları ilə bağlı daha bir - Açıqlama

  • + A
  • - A
  • 30-04-2021, 18:35


    Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslərin həbs edilib-edilməməsi ictimai müzakirə olunub.

    DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda bu işlə bağlı həbs olunan yoxdur:

    “Artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur.

    İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər.

    Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaqdır”.

    Xatırladaq ki, F.Rəsulzadəni döyən şəxslər şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur.

    Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.

    Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR