10 yaşlı Nuraydan — XƏBƏR VAR
10 yaşlı Nuray Bayramzadə xalasının qəyyumluğuna verilə bilər.
Bu barədə sosial şəbəkədə vəkil Tağı Hüseynov məlumat yayıb.
Vəkil bildirib ki, artıq Nurayın xalası Mehriban Eldarova biloji atanın valideynlik hüququndan məhrum edilməsi ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.
Bu video cəmiyyətdə narazılığa səbəb olub və məsələyə millət vəkilləri və dövlət komitələri qarışıb.