AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Hər məsciddə kitabxana" layihəsinin üçüncü mərhələsi başa çatıb

  • + A
  • - A
  • Bu gün, 17:13

    "Hər məsciddə kitabxana" layihəsinin üçüncü mərhələsi başa çatıb

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən "Hər məsciddə kitabxana" layihəsinin üçüncü mərhələsi uğurla başa çatıb.

    Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Qeyd edilib ki, bu mərhələ çərçivəsində ölkənin şimal-qərb bölgəsində yerləşən Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Oğuz rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub.

    Layihə məscidlərin yalnız ibadət məkanı kimi deyil, eyni zamanda maarifləndirici və ictimai fəaliyyətlərdə iştirak edən mərkəzlərə çevrilməsini hədəfləyir. Məqsəd – milli-mənəvi və dini dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin təşviq olunmasıdır.

    2025-ci ilin sonunadək layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscidin kitabxana ilə təmin edilməsi nəzərdə tutulur. Layihənin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.

    Fond tərəfindən hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min kitabın çatdırılması nəzərdə tutulur. Nəşrlər təkcə dini mövzularla məhdudlaşmır, həmçinin fəlsəfə, tarix, ədəbiyyat sahələrini və Azərbaycanla yanaşı, dünya klassiklərinin əsərlərini də əhatə edir.

    Üçüncü mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:

    Qobustan rayonu

    1. Qobustan şəhəri "Heydər" məscidi

    2. Qobustan şəhəri "Cümə" məscidi

    3. Qobustan rayonu, Cəyirli kəndi "İmam Zaman" məscidi

    Şamaxı rayonu

    4. Şamaxı şəhəri "Cümə" məscidi
    5. Şamaxı şəhəri "İmamzadə" məscidi
    6. Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi
    7. Şamaxı rayonu Göylər kənd məscidi
    8. Şamaxı rayonu Çarhan kənd məscidi

    İsmayıllı rayonu
    9. İsmayıllı şəhər "Məhəmmədiyyə" məscidi
    10. İsmayıllı şəhər "Cümə məscidi
    11. İsmayıllı rayonu Mican kənd məscidi
    12. İsmayıllı rayonu Topçu kənd məscidi

    Ağsu rayonu
    13. Ağsu şəhəri "Nuran xatun" məscidi
    14. Ağsu şəhəri "Hacı Alcan-Hacı Almaxanım" məscidi

    Qəbələ rayonu
    15. Qəbələ şəhəri "Cümə" məscidi
    16. Qəbələ şəhəri "Yeni" məscid
    17. Qəbələ şəhəri "Səkkizguşəli" məscid
    18. Qəbələ rayonu, Nic qəsəbəsi "Yalağaclı" məscidi
    19. Qəbələ rayonu Vəndam qəsəbə məscidi
    20. Qəbələ rayonu, Bum qəsəbə məscidi
    21. Qəbələ rayonu, Soltannuxa kənd məhəllə məscidi
    22. Qəbələ rayonu, Savalan kənd məscidi

    Oğuz rayonu
    23. Oğuz şəhəri "Cümə" məscidi
    24. Oğuz rayonu Xaçmaz kənd məscidi
    25. Oğuz rayonu Kərimli kənd məscidi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR