Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.