Sahibkarlıq sahəsində qanunsuz yoxlamaların qarşısının alınması və əmək qanunvericiliyinin tələblərinin qorunması baxımından sahibkarlıq sahəsində aparılan yoxlamalar və əmək qanunvericiliyi sahəsində müvafiq xətalarla bağlı məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 1 ilə artırılması təklif olunur.
Bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunub.
Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmasına görə cərimələr artırılır.
İndiyə qədər bu halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilirdisə, bu cərimə məbləğinin 2 min manatdan 3 min manatadək artırılması təklif olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.