Vətənpərvər Maarifçi Gənclər ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Mən fəxr edirəm ki, Azərbaycanlıyam festivalının keçirilməsi” layihəsini 3 aya icra edəcək.
Azərbaycanda xarici ölkə vətəndaşları və qaçqın statusu almış əcnəbi şəxslərin, miqrantların yerli şəraitə inteqrasiyası və davamlı həll yolu kimi qaçqınların məskunlaşdıqları ölkənin təbəəliyinə keçməsi məsələlərinin öyrənilməsi, həmçinin ana dilimizin gözəlliyini, tariximizi, mədəniyyətini tanıtmaq məqsədilə silsilə şəkildə Bakı şəhərində tədbirlərin keçirilməsidir. Belə ki, tədbir festival formasında keçiriləcəkdir. Müsabiqənin nəticələrinə yekun vurularaq qaliblərə mükafatlar təqdim ediləcəkdir.
Burada məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir. Müsabiqə sonrasında, layihəmizin davamlılığını artımaq məqsədilə, Azərbaycanın müxtəlif regionlarına turlar təşkil ediləcəkdir.Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri tanış olacaq, eyni zamanda, Şamaxı,İsmayıllı, Qəbələ bölgələrini səyahət edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.