AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xatirə…(əziz şəhid balalarıa)

  • + A
  • - A
  • 29-06-2024, 12:20

    Xatirə…(əziz şəhid balalarıa)

    Şəhid övladını ziyarət etdim,
    Əlində mavi rəng bir şarı vardı.
    Dedim gəl oynayaq,şarı mənə at,
    Onun cümlələri etdi məni mat.

    Dedi şarı atsam birdən partlayar,
    Onda mənim üçün həyat dayanar.
    Dedim,əziz balam,fikir eləmə,
    Yüzlərlə belə şar alaram sənə.

    Dedi mənim şarım qeyri-adidir,
    O,mənə atamdan bir xatirədir...
    Bilirsən nə üçün əzizdi bu şar?
    İçində atamın gül nəfəsi var…

    Fərid Mahmudoğlu,28.06.2024 Şamaxı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR