Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi İsrail ilə Livanın “Hizbullah” hərəkatı arasında gərginliyin artması fonunda krallıq vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Bu barədə diplomatik missiyanın “X”də paylaşılan bəyanatında deyilir.
“Səudiyyə Ərəbistanının Livan Respublikasındakı səfirliyi Cənubi Livanda baş verən hadisələri yaxından izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa və həmçinin oradakı vətəndaşları dərhal Livan ərazisini tərk etməyə çağırır”, - bəyanatda vurğulanıb.
İyunun ortalarında İsrail ordusu Livana hücum əməliyyatı planını təsdiqləyib. Qəzza zolağında Fələstinin “HƏMAS” radikal hərəkatına qarşı əməliyyatdan sonra İsrail hakimiyyəti vaxtaşırı şimaldan yəhudi dövlətinin ərazisini atəşə tutan “Hizbullah”a zərbələr endirməyi planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.