AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İlahiyyat” elmi-publisistik jurnalının növbəti sayı dərc olunub

  • + A
  • - A
  • 27-05-2021, 18:31


    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti sayı çapdan çıxıb.
    Doqquz rubrikadan ibarət jurnalda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
    Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır.
    Jurnalın “Cəmiyyət və din” rubrikasında “Nəsirəddin Tusinin varlıq və Tanrıya dair fikirləri”; “Quran və hədislər kontekstində zülm”; “Dönüklərin cəzalandırılması baxımından İslamda etiqad azadlığı haqqında”; “Dini sabitliyə zəmin olaraq sosial-iqtisadi rifah”; “Din və dövlətçilik”; “Səmavi dinlərdə qadın” və “Dindəki qadağaların mahiyyəti” adlı məqalələr dərc olunub.
    “Mühyiddin ibn Ərəbi (Nəzəri irfanın banisi)”; “Nizami Gəncəvinin yaradıcılığı “Xosrov və Şirin” poemasının nümunəsində” və “Muxtar Əfəndizadənin “Şərayiül-İslam” əsəri haqqında” başlıqlı məqalələr jurnalın “Mütəfəkkirlər” rubrikasında yer alıb.
    “Müasir müəllimin fəaliyyətində yaradıcılıq amili”; “XX əsrdə din və maarifçilik” və “Əndəlüsdə elm və onun Avropaya təsiri” adlı məqalələr “Tədris” rubrikasında nəşr edilib.
    “Qırmızı terrorun, erməni məkrinin qurbanı olmuş elmi-mədəni və milli-mənəvi irsimiz”, “Xarizma nədir və Həzrət Peyğəmbərin xarizmasının bədəvilər üzərindəki təsirləri” mövzusunda yazılar “Baxış bucağı” rubrikasında yerləşdirilib.
    “Vətənpərvərlik” rubrikasında “Qarabağ Azərbaycanın tərkib hissəsidir” və “Xocalım, qan yaddaşım, səni unutmayacaq bu xalq” məqalələri dərc olunub.
    “Dəyərlərimiz” rubrikasında “Ramazan ayı ərəfəsində”; “Xıdır Nəbi baramı”; “Bir peyğəmbər adəti: hədyyələşmək”; “Bir milləti və fərdi var edən dəyərlərdirmi? (Tarixə nəzəri baxış)”; “İctimai həmrəyliyin möhkəmləndirilməsində bayramların rolu”; “Oruc ibadətinin hikməti və mənəvi faydaları; “Günahları yandıran Ramazan”; “Qurani-Kərimdə peyğəmbərlik” başlıqlı məqalələr yer alıb.
    “Araşdırma” rubrikasında isə “Qafqaz və Afurca seyidləri; “Qarabağda mövcud olan Alban məbədləri” sərlövhəli yazılar dərc olunub.
    Jurnalın sonuncu – “Ədəbiyyat” rubrikasında “Necə oldu ki, Oksforda girə bilmədim” başlıqlı dilimizə tərcümə edilmiş hekayə, “Müqəddəs Kitab” mövzusunda məqalə verilib.
    Qeyd edək ki, təsisçisi Azərbaycan İlahiyyat İnstitutu olan “İlahiyyat” elmi-publisistik jurnalının ildə 3 dəfə nəşr olunması nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR