Böyük Britaniyada Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə zərbəsi ilə bağlı açıqlaması qorxulu təhdid kimi qiymətləndirilib. Bu barədə Daily Express nəşri yazıb.
“Rusiya Qərbə qarşı dəhşətli nüvə təhdidi ilə çıxış edib”, – deyə nəşrin müəllifləri bildiriblər.
Məqalədə bu fikirlər Medvedevin Moskvanın milli təhlükəsizliyini təmin etmək məqsədilə bütün mövcud vasitələrdən istifadə edə biləcəyi barədə açıqlamasına münasibət olaraq səsləndirilib.
Bir neçə gün əvvəl Medvedev Kiyevə və Qərb ölkələrinə xəbərdarlıq edərək bildirib ki, Rusiya milli təhlükəsizliyini qorumaq üçün müəyyən hallarda nüvə silahından istifadə etmək hüququna malik olmaqla yanaşı, bunu etməyə borcludur.
Onun sözlərinə görə, kütləvi adi silah hücumu genişmiqyaslı fəlakətə səbəb ola biləcəyi təqdirdə Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər.
Medvedev Ukraynaya nüvə silahının verilməsi ehtimalını da Rusiyanın qabaqlayıcı zərbə endirə biləcəyi hallardan biri kimi göstərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.