İran Silahlı Qüvvələri Hörmüz boğazında nəzarət və müşahidə tədbirlərini gücləndirib.
Bu barədə İran Ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.
Onun sözlərinə görə, İran ordusunun döyüş hazırlığı əvvəlki dövrlə müqayisədə xeyli yüksəlib. Hazırda ordu baş komandanının göstərişi ilə Hörmüz boğazında su hövzəsinə nəzarət və müşahidə daha ciddi şəkildə həyata keçirilir.
Əkrəminiya bildirib ki, bu nəticəyə müşahidə sistemlərinin modernləşdirilməsi və hərbi strukturun gücləndirilməsi sayəsində nail olunub.
O, həmçinin son həftələrdə marşrutlarını Tehranla razılaşdırmayan gəmilər üçün risklərin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.