AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı növbəti danışıqlar raundunda iştirak edəcək

  • + A
  • - A
  • Bu gün, 20:33

    Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı növbəti danışıqlar raundunda iştirak edəcək


    Avropa İttifaqı Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı növbəti danışıqlar raundunda iştirak edəcək.

    Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, son həftələrdə sülh danışıqlarında yeni dinamika müşahidə olunur və növbəti mərhələdə Avropanı güclü nümayəndə heyəti təmsil edəcək.

    Fon der Lyayen qeyd edib ki, Ukraynanın təhlükəsizliyi birbaşa Avropanın təhlükəsizliyi ilə bağlıdır. O vurğulayıb ki, Avropa İttifaqı Kiyevə dəstəyini davam etdirəcək və öz maraqlarını qoruyacaq. Danışıqlardakı irəliləyiş isə Rusiyanın bəyanatları ilə deyil, konkret addımları ilə qiymətləndiriləcək.

    Avropa Komissiyasının rəhbəri Moskvanı qış mövsümündə enerji infrastrukturuna qarşı hücumların dayandırılmasına və Qara dəniz vasitəsilə ərzaq yüklərinin təhlükəsiz daşınmasını təmin edəcək atəşkəsə razılaşmağa çağırıb. Onun fikrincə, bu addımlar Rusiyanın danışıqlarda səmimi niyyətini nümayiş etdirə bilər.

    Fon der Lyayen bildirib ki, Avropa Ukraynanın suverenliyini və uzunmüddətli təhlükəsizliyini təmin edən davamlı sülhün tərəfdarıdır.

    O, həmçinin vurğulayıb ki, sülh yalnız münaqişənin dayandırılması demək deyil. Bu, Ukrayna xalqının uğrunda mübarizə apardığı gələcəyin qurulmasına da şərait yaratmalıdır.

    Avropa Komissiyasının sədri əlavə edib ki, Avropa İttifaqı müharibədən sonrakı bərpa prosesində aparıcı rol oynamağa hazırdır. Birliyin planına əsasən, Ukraynanın Aİ-yə üzvlük danışıqları çərçivəsində qalan son iki klasterin də cari ilin sonunadək açılması nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR